“Qala Sığorta”nın idarə heyətinin sədri dəyişdi. Belə ki,  şirkətin əvvəlki idarə heyətinin sədri Viladi Maniyev  “Qala Sığorta”dan ayrılıb. Yeni sədr  şirkətin idarə heyətinin sədr müavini Fuad Allahverdiyev təyin edilib. Bu barədə  Fuad Allahverdiyev məlumat verib. O, dekabr ayının 28-dən etibarən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, F.Allahverdiyev fəaliyyətini dayandıran “Qarant Sığorta” şirkətinin idarə heyətinin sədri olub. Bu ilin iyul ayında etibarən “Qala Sığorta” şirkətində fəaliyyətə başlayıb. Daha sonra isə şirkətin idarə heyətinin sədr müavini təyin edilmişdi.

Fins.az