Fransada bir cütlüyün yaşamaq üçün seçdiyi yer hər kəsin heyrətinə səbəb olub. Hər şey cütlüyün 2010-cu ildə içi tullantı ilə dolu olan bir mağaranı satın alması ilə başlayıb. Onlar bu yararsız məkanı evə çeviriblər.

Gənc cütlük Aleksis Lamoreuks və Lotte van Riel bir neçə il əvvəl maddi sıxıntı içində idi. Onların daimi işləri və ev tutmaq üçün lazımi qədər pulları yox idi.

Onlar 2010-cu ildə bir satış yarmarkasında Fransanın Loire əyalətində sadəcə 1 avroya bir mağara satın almışdılar. Aldıqları zaman mağaranın içərisi böyük bir zibilliyə bənzəyirmiş. Buranı düzəldib ev halına gətirmək üçün çalışan cütlüyü yenidən maddi cəhətdən çətin zamanlar gözləyirdi.

Ümumiyyətlə pulları olmayan gənclər 25 min avroluq kredit götürmək üçün 10 banka müraciət edibmiş. Lakin daimi işə sahib olmadıqlarına görə heç bir bank onlara kredit verməyib.

Cütlük son əlacı işləyib pul yığmaqda görüb. Onlar 3 il davamlı işləyərək pul yığıblar.

Sonda məqsədlərinə nail olmağı bacaran gənclərin evinin fotolarını təqdim edirik.

4 6 7 3 2

 

Gununsesi.info