Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

FHN-dən  verilən məlumata görə, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsindən 12-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 12 p.m yanıb. Hadisə zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.

Mənzillər yanğından mühafizə edilib. Yanğın saat 08:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Axar.az