İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilib.  Büronun ötən həftə keçirilən yığıncağında  yeni icraçı direktor Fariz Əzizov təyin edilib. O, bu vəzifədə Elxan Quliyevi əvəzləyib. Fins.az məsələ ilə bağlı İcbari Sığorta Bürosuna sorğu verib. Büronun mətbuat xidmətindən məsələ ilə bağlı münasibət bildirilməyib.

Qeyd edək ki, Fariz Əzizov 1978-ci il avqustun 15-də Bakıda anadan olub. 1999-cu ildə ADİU-nin mühasibat və audit fakültəsini bitirib. 1999-2007-ci illərdə sığorta sahəsində müxtəlif vəzifələrdə çalışıb. 2007-2008-ci illərdə Böyük Britaniyada Lancaster University Business School-da biznesin idarə edilməsi üzrə magistr dərəcəsini alıb. 2009- 2011-ci illərdə Milli Depozit Mərkəzinin İH sədrinin müavini, 2011-2014-cü illərdə MDM İH-nin sədri, 2014-cü ilin yanvar ayından isə BFB-nin İH-nin sədri vəzifəsində çalışıb.

Fins.az