Dünya bazarlarında neftin qiyməti ABŞ FES-in qərarından sonra sürətlə bahalaşır.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,53% bahalaşaraq bir barelə görə 47,04 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 3,18% artaraq 45,45 dollara satılıb.
Qeyd edək ki, bu gün ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) iki günlük iclasdan sonra baza faiz dərəcəsini əvvəlki 0,25-0,5% səviyyəsində saxlayıb.
Oxu.az