Kreditplaza.az saytı “Əl-Ərəbiyyə” telekanalına istinadən məlumat verir ki, son bir neçə ildə ilk neft tankeri Liviyanın ən iri limanlarından biri – Ras-Lanufdan çıxıb.
Telekanalın məlumatına görə, “çərşənbə günü səhər Ras-Lanufdan Liviya ixrac nefti uzaqlaşdı”. Bu, ordu dəstələrinin general Xəlifə Xaftaranın komandanlığı altında Liviyanın Aralıq dənizi sahilindəki regionun – “neft aypara”sının nəzarətə götürülməsindən sonra Ras-Lanufdan getmiş ilk neftdaşıyan gəmisidir.
Üstəlik, liman administrasiyasından qeyd ediblər ki, bu, 2014-ci ilin oktyabrından, həmin vaxtdan “neft aypara” rayonunda neft platformalarına yiyələnmək istəyən müxtəlif silahlı birləşmələr arasında başlanmış toqquşmalardan sonra Ras-Lanufdan çıxan birinci tankerdir. Həmçinin bildirilir ki, yükü xam neft olan tanker İtaliyaya göndərilir. O, Apennin yarımadasına 776 min barrel xam neft çatdıracaq.
Təxminən bir həftə əvvəl Nümayəndələr Palatasına (Liviyanın şərqində seçilmiş parlament) tabe olan Xəlifə Хaftaranın komandanlığı altında ordu bölmələri “neft aypara”sının (Siirt körfəzinin sahilində) bütün əsas ixrac limanları – Ras-Lanuf, Es-Sidri, Breqa və Zuveytinanı nəzarətə götürüblər. Ordu komandanlığı, terminalları neft ixracını dərhal başlamağı vəd edən ölkənin Milli neft korporasiyasının (NOC – National Oil Corporation) idarəçiliyinə verilməsi barədə elan edib.