Kreditplaza.az saytı The Baltic Course nəşrinə istinadən xəbər verir ki, SKDS tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən , insanlar Latviyada normal yaşamaq üçün  ayda orta hesabla 1216 avro maaş almaq istərdilər.

Bu il insanların normal həyat üçün qazanmaq istədikləri ən böyük məbləğ açıqlanıb. Buna qədər ən yüksək məbləğ – 1146 avro 2008-ci ildə verilmişdir.

Sorğuların əvvəlində 2000-ci ildə insanlara normal həyat üçün 494 avro lazım idi. 2000-ci ildən böhran başlayana qədər  bu məbləğ hər il artırdı, 2007-ci ildə o, 272 avro arataraq  963 avroya çatmışdı. Daha bir il sonra, 2008-ci ildə, normal həyat üçün lazımi məbləğ artıq 1146 avro təşkil edib.

Sonra o, azalmağa başlayıb və 2012-ci ildə 844 avro təşkil edib, bundan sonra yenidən artıb. 2012-ci ildən normal həyat üçün lazım olan məbləğ, beş il ərzində 44% artıb.

Eyni zamanda latviyalılara bütün istəklərini ödəmək üçün hər ay 3316 avro kifayət edər. Bu da sorğunun keçirildiyi bütün dövr ərzində ən yüksək nəticədir. Belə sorğuların keçirilməyə başlandığı 2000-ci ildə, latviyalıların istəklərinin ödənilməsi üçün məbləğ çox təvazökar idi – cəmi 1164 avro.