Bu ilin iyunun 28-də Türkiyədə terror hadisəsi və iyulun 15-də hərbi çevrilişə cəhdin TürkHava Yollarına (THY) vurduğu zərərin həcmi açıqlanıb.
“Bloomberg” agentliyinin verdiyi xəbərə görə, THY-nin İdarə Heyətinin sədri İlker Aycı deyib ki, hərbi çevrilişə cəhd THY-yə 40 mln. dollar məbləğində zərər vurub.
Onun sözlərinə görə, hərbi çevrilişə cəhdlə əlaqədar şirkətin əlavə xərcləri yaranıb: “İyunun 28-də terror hadisəsi və iyulun 15-də hərbi çevrilişə cəhddən sonra biletləri qeyd-şərtsiz dəyişdirəcəyimizi dedik. Bu iki hadisədən sonra biletlərin dəyişilməsi üçün 40 milyon dollar xərc çəkilib”.
APA