Səudiyyə Ərəbistanı, 20 ən iri iqtisadiyyatlar arasında ən yüksək həddə olan böyük büdcə kəsirini azaltmaq cəhdlərini gücləndirir. Kreditplaza.az saytı Bloomberg-ə istinadən  xəbər verir ki, bununla əlaqədar ölkə $ 20 mlrd.-dan çox məbləğdə layihələri ləğv etmək niyyətindədir, həmçinin nazirliklərin büdcələrini dörddə bir dəfə azaldacaq.

Ölkə hökuməti, ümumi dəyəri təxminən 260 mlrd. rial ($ 69 milyard) təşkil etdiyi minlərlə layihələrə yenidən  baxır və onların üçdə birini ləğv edə bilər.

Onlar qeyd edirlər ki, bu tədbirlər növbəti bir neçə il ərzində büdcənin vəziyyətinə təsir göstərəcək,.

İki mənbə qeyd edir ki, ayrıca plana  həmçinin, bəzi nazirliklərin birləşdirilməsi və nazirliklərin bir hissəsinin ləğv olunması daxildir. Dünyada ən iri neft ixracatçısı olan ölkə, ötən il büdcə kəsirinin ÜDM-nin 16%-i qədər artmasından sonra, kəsirin bir qədər azaldılması məqsədilə  bu misilsiz addımlara gedir.

Nəticədə yanacaq və mənzil-kommunal subsidiyaları, eləcə də dövlət xərcləri azaldılıb.

Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən büdcə kəsiri, 2017-ci ildə ən azı 10% -dən aşağı səviyyə həddinə qədər azalacaq.