06.09.2016-cı il tarixində dollar/manat məzənnəsi ilə bağlı baş vermiş əsas hadisləri təqdim edirik.
-Səhər Azərbaycan Mərkəzi Bankı USD/AZN rəsmi məzənnəsini 1.6362 səviyyəsində elan etdi.
-“Qara bazarda” dolların satış qiymətinin 1.85 manata qalxdığı bildirildi. Bəzi ərazilərdə qiymət bu səviyyədən bir qədər aşağıdır.
-Günorta saatlarına yaxın hərracın nəticəsi açıqlandı. Məlum oldu ki, Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 30 banka satılmışdır.
-Bir qədər sonra məlum oldu ki, hərracda bankların dollara tələbi 965 milyon dollara çatıb. Bu təklifdən təxminən 20 dəfə çoxdur. Əvvəlki hərraclarda tələb 600-700 milyon dollar arasında dəyişirdi.
Saat 17:00 radələrində Dolların sabaha olan məzənnəsinin açıqlanacağı gözlənilir.
marja.az