İngiltərə 20 faiz olan pərakəndə satış vergisini 15 faizə endirməyi planlaşdırır.
AZƏRTAC “euronews.com”a istinadla xəbər verir ki, məqsəd isə “Brexit”dən sonra böyük şirkətləri Birləşmiş Krallıq daxilində saxlamaqdır.
Belə bir addımın Avropa İttifaqında (Aİ) rəqabət baxımından vergi endirimlərinə səbəb olacağı bildirilir.
Britaniyanın maliyyə naziri Corc Ozborn “Brexit”dən sonrakı şərhində daha rəqabətə davamlı iqtisadiyyat yaratmaq niyyətində olduqlarını qeyd etmişdi.
İngiltərənin vergi endirimi “Apple” və “Pfizer” kimi nəhəng şirkətləri 12,5 faiz pərakəndə satış vergisi ilə öz daxilində saxlayan İrlandiyanı məmnun etməyəcək.