Bank Respublika əhalinin nağd pula olan ehtiyaclarını qarşılamaq məqsədilə bir sıra kreditlərin manatla verilməsini bərpa edib.
Bank Respublika-dan “Marja”ya verilən məlumata görə, Banka müraciət edənlər yenidən nağd pul və lombard kreditini, kredit kartı, avto və depozit təminatı ilə kredit ala bilərlər.
Həmçinin, artıq xeyli vaxtdır ki, PayKart kredit kartı partnyor şəbəkəsində alış-veriş məbləğini bir neçə aya bərabər hissələrlə və əlavə faizsiz ödəməyə imkan verir. Beləkiklə, Bank Respublika öz müştəriləri üçün əsas kredit məhsullarını yenidən təklif edir.
Bank Respublika-dan kredit almağın vacib üstünlüyü xidmət paketi qismində bir sıra xidmətlərin pulsuz təqdim olunmasındadır.
Kredit alanlara avtomatik olaraq bank məhsullarını banka gəlmədən idarə etməyə imkan verən “Mobil Şöbə” və “İnternet Şöbə” xidmətləri hədiyyə olunur.
Qeyd edək ki, əmək haqqılarını “Bank Respublika”-nın kartları ilə alan müştərilər üçün Kredit xətti, Lombard və Nağd İstehlak kreditləri üzrə illik faiz dərəcəsində 2% güzəşt tətbiq olunacaq.
Bankın yenilənmiş kredit məhsullarının şərtləri ilə daha ətraflı saytımızın müvafiq bölümlərində tanış olmaq və eyni zamanda krediti onlayn sifariş etmək olar.