Yaxşı çıxan iqtisadi göstəricilərdən sonra ABŞ Mərkəz Bankının faizləri artıracağı gözlənilir. Faizlərin artırılacağını dəqiq bir şəkildə göstərən Fed stenoqramlarının açıqlanmasından sonra bazarda dollar gözləntiləri barədə fikir ayrılığı yaranıb.

“Bank of America Merrill Lynch”ın iqtisadçısı Ethan Harris FT-yə bildirib ki,, “2014-ün ortası və 2015-ci illər arasında ticarət ağırlıqlı dollar, doqquz aylıq müddət ərzində 22 faiz dəyər qazanaraq Bretton-Woods-dan sonrakı dövrdəki ən güclü yüksəlişlərdən birini reallaşdırdı” – deyib. Harris, “Dollarda artımın böyük bir hissəsi pul siyasəti fərqini əks etdirir; Başqa sözlə, Fedin pul siyasətini sərtləşdirəcəyi bir zamanda Avropa və Yaponiyada ekspansionist siyasətin davam etməsindən qaynaqlanır” şəklində davam edib.

Dolların bahalaşamsı, dollarda yüksəliş gözləyənlərin ümid etdiyindən daha məhdud ola bilər. Əvvəla, Fed-in faiz artırmasının dolları çox bahalaşdırması vəziyyətində,daha çox faiz artırmağın ABŞ iqtisadiyyatı üzərində çox təzyiq əmələ gətirməsilə, Fedin cəsarətini azalda bilər. Yəni, dolların bahalaşdırması ABŞ-a da sərf etməyə bilər.

Bundan başqa ABŞ-da həm korporativ, həm də istehlakçı borcu artır.

Neftin qiymətinin bu həftə 50 dolları aşmasına baxmayaraq bəzi analitiklər ehtiyatların hələ də yüksək olması və baharın gəlməsilə, bu vəziyyətin müvəqqəti olduğunu gözləyirlər. Enerji, kredit bazarlarının üzərində təzyiq yaradır. Ekspertlər hələ təxminən 200 iflasın yolda olduğu fikirindədirlər.

İstehlak da yaxşı siqnallar vermir.

Bütün bunlar, dollarda yüksəlişin məhdud ola biləcəyini işarə edir.