Ötən gecə “Bank of Baku”nun Gəncə filialına daxilolma cəhdi aşkar olunaraq, polis tərəfindən dərhal qarşısı alınıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın əmlakına heç bir ziyan vurulmayıb və oğurluq faktı aşkar olunmayıb. “Filial hal-hazırda gündəlik fəaliyyətini davam etdirərək, müştərilərə xidmət göstərməkdədir”, – deyə məlumatda vurğulanıb.