Azərbaycan bankı Atabank ASC-də Özəl bankinq departamenti yaradılıb.

Trend-in məlumatına görə, bu barədə bankın saytında yerləşdirilmiş məlumatda deyilir. Fəxri Acalov yeni departamentə direktor təyin olunub.

Beləliklə Atabank-da departamentlərin sayı 16-ya çatıb. Daxili audit departamentinin direktor vəzifəsi isə vakant olaraq qalır.

AtaBank maliyyə bazarında 1993-cü ildən fəaliyyət göstərir.