Bakı Apellyasiya Məhkəməsində “Royal Bank” ASC-nin ləğvedicisi “Azerbaijan İnternational Consulting. Company” şirkətinin İran İslam Respublikasının “Bank Pasargad” bankına qarşı şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, bankın ləğvedicisi borcun tutulması barədə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmədə icraata xitam verilməsinə dair qərar qəbul olunub. Həmin qərardan bankın ləğvedicisi şikayət edib.

Mənbə: APA