Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyi polimerdaşıyıcı vaqonlarının müvəqqəti icarəyə verilməsini elan edib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, Birlik hər birinin yükgötürmə qabiliyyəti 58 ton olan bunker tipli 134 ədəd polimerdaşıyıcı vaqonu (model PR-17495) müəssisə və idarələrə müvəqqəti icarəyə verməyi qərara alıb.
Maraqlananlar logistika və yüklərin rəsmiləşdirilməsi şöbəsinin rəisi Şahin Nəcəfovla əlaqə saxlaya bilərlər (tel.: (+994 12) 521-25-82, (+994 50) 292-99-50, (+994 50) 223-17-69; faks: (+994 12) 521-25-12; e-mail: shahin.nacafov@socar.az, eynur.aliyev@socar.az).