Azərbaycanın quş əti istehsalı ilə məşğul olan “Səba” şirkəti illik buraxılış gücünü 17 min tondan 25 min tona çatdırmağı planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib. Məlumata görə, bunun üçün investisiya layihəsi hazırlanaraq investisiya təşviqi sənədi almaq üçün İqtisadiyyat Nazirliyinə təqdim olunub. Layihənin hesabına “Səba” quşçuluq sferasında payını artırmaq, eləcə də xarici bazarlara çıxmaq niyyətindədir.

«Bu məqsədlə fabrikdə yeni texnologiyalardan istifadə ediləcək, quş ətinin kəsimi, emalı və qablaşdırılması üçün konveyer xəttini təkmilləşdiriləcək. Bu dəyişikliklər istehsalın effektivliyini artırmağa və maya dəyərinin aşağı düşməsinə səbəb olacaq” – deyə “Səba”dan bildirilib. Şirkətdə deyirlər ki, yeni investisiya layihəsi 2 il ərzində həyata keçirilməlidir və bunun üçün 1 milyon 283 min manat vəsait tələb olunur.

İnvestisiya təşviqi sənədi alacaq şirkətlərin əldə etdikləri mənfəətin 50%-i vergidən azad olunacaq. İlk növbədə isə ölkəyə idxal olunan texniki avadanlıqlar və tikililərə güzəşt ediləcək. 7 il ərzində bu mallara gömrük rüsumu və əlavə dəyər vergisi tətbiq edilməyəcək. Bundan başqa, investisiya təşviqi sənədi olan şirkətlər 7 il əmlak vergisi, o cümlədən torpaq vergisi ödəyəcəklər.