“Forbes” jurnalı dünyanın ən bahalı brendlərinin illik reytinqini açıqlayıb.
“APA-Economics” xəbər verir ki, “Apple” artıq altıncı il dalbadal birinci yeri tutub. Bu brendin dəyəri 154,1 mlrd. dollar həcmində qiymətləndirilir.
İkinci yerdə dəyəri 82,5 mlrd. dollar olan “Google” qərarlaşıb. Dəyəri 75,2 mlrd. dollar olan “Microsoft” üçüncülüklə kifayətlənib.
“Coca-Cola” brendi 56 mlrd. dollardan 58,5 mlrd. dollaradək bahalaşaraq dördüncü yerdədir.
Beşinci yeri dəyəri 52,6 mlrd. dollar olan “Facebook” tutur. Dünyanın ən populyar sosial şəbəkəsinin brendi IBM korporasiyasını qabaqlamağı bacarıb.