Neft qiymətləri, İraqın neft ixracatının Aprel ayında rekord səviyyəyə yaxınlaşması və bunun nəticəsində qlobal təklif çoxluğuna dair narahatlıqların artması ilə əlaqədar olaraq aşağı düşüb.
İraqın Neft nazirliyinin sözçüsü, Kürdisitan regionunun satışları xaric İraqın ixracatının ötən ay gündəlik 3.36 milyon barrel olduğunu qeyd edib. İxracat Mart ayındakı gündəlik 3.29 milyon barel ilə müqayisədə artıb və ötən Noyabr ayındakı rekord səviyyə olan 3.365 milyon barrelə yaxınlaşıb.
İstehsal Bazar günü Bağdadda nümayişçilərin parlamenti basmasından mənfi təsir görməyib. Parlamentə hücum, OPEC-in ikinci ən böyük istehsalçısında hasilata mənfi təsir etmə təhdidi daşıyırdı. İraqda nümayişçilər, hökuməti, IŞİD ilə güclü mübarizə aparmamaqda, lazımi islahatları tətbiq etməməklə ittiham edirlər və düşən neft qiymətlərinin dövlət maliyyələşdirmənə mənfi təsir göstərdiyinə diqqət çəkirlər.
Neft bu ilin Yanvar ayınının 20-də 2003-cü ildən bu yana ən aşağı səviyyəsini görməsinin ardından, ABŞ-da istehsalın gündəlik 9 milyon bareldən aşağı enməsi ilə əlaqədar olaraq 48 dollara qədər bahalaşmışdı..
Qərbi Texas nefti (WTI) Nymex bazarında 1% düşərək bareli 45.47 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 1,1 faiz düşərək bareli 46,85 dollara qədər enib.
Marja.az