Onlar daha çox Avstraliyaya üz tuturlar.
Milyonçular Avropa şəhərlərini tərk edir. ANS PRESS-in məlumatına görə, sərvətləri milyonlarla ölçülən şəxslər daha sakit şəhərlərdə məskunlaşmağa başlayıblar. Ekspertlər bu prosesin 2015-ci ildən başlayaraq daha sıx vüsət aldığını söyləyir.
Ötən il Avropanın ən gözəl şəhərlərindən biri hesab edilən Fransanı 10, Çini 9, İtaliyanı 6, Hindistanı 4, Yunanıstanı 3, Rusiya, İspaniya, Braziliyanı isə 2 min varlı şəxs tərk edib.
Analitiklər bunu terror hadisələri ilə əlaqələndiriblər. Fransanın paytaxtı Parisdən köç edən zənginlər İngiltərə, ABŞ, Kanada və İsraildə məskunlaşmağa üstünlük verir. Xüsusilə Romadan və Afinadan köçənlər isə İngiltərə və ABŞ-ı seçir.
Tərk edilən ölkələr siyahısında liderliyi Fransa edir. Zənginlərin Parisi tərk etmələrinə əsas səbəblərdən biri ölkədə gərginliyin geniş vüsət alması göstərilir. Fransadan 2015-ci ildə 10 min zəngin köçüb.
Milyonçuların Afinadan getmələrinə isə əsas səbəb kimi iqtisadi vəziyyətin və miqrant böhranının yaşanması göstərilir.
Dünya milyonçularının məskunlaşdığı şəhərlər sırasına isə Avstraliyanın paytaxtı Sidney liderlik edir. Ümumilikdə Avstraliyaya ötən il 8 min milyonçu köçüb. Onlardan 3 mini Sidney, 3 mini Melburnda məskunlaşıb.