Neftin dünya bazarlarında qiyməti aşağı düşməyə başlayandan etibarən bəzi ekspertlər mənzil bazarında qiymətlərin yüksələcəyi ilə bağlı açıqlamalar verirlər.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov vurğulayıb. Ekspert əmlak bazarında qiymət artımları ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib:

“Bu məlumatlarda məqsəd süni tələb formalaşdırmaqdır. Yəni müəyyən qədər pulu olan alıcı mənzil bazarında növbəti “qiymət artımları” baş vermədən ev almağa tələssin. Nəticədə insanlar itirir, bir qrup “makler-biznesmenlər” isə qazanırlar. Halbuki bazarda elə mənzillər var ki, nəinki aylar, hətta illərdir alıcısını tapa bilmir. Qiymətdə Almaniyanın paytaxtı Berlin ilə rəqabətə girən Bakının mənzil bazarında, əslində, neft bumu dövrü yaranan köpüklər yavaş-yavaş partlamaqdadır. Hazırda qiymət artımı ilə bağlı yayılan məlumatlar yenidən əmlak bazarında belə “köpüklər” yaradıb. Neftin qiyməti yüksəlməyib, ipoteka krediti bərpa olunmayıb, banklar kredit faizlərini aşağı salmayıb, Rusiyadan Azərbaycana göndərilən pulların həcmi də artmayıb. Onda mənzillərin qiyməti niyə artmalıdır?”