Son fevral ayı üzrə müşahidələr göstərir ki, Bakının təkrar yaşayış mənzil bazarında satışa təklif edilən yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti demək olar ki, faktiki olaraq dəyişməz qalmışdır. Aylıq orta qiymət göstəricisi USD ilə ifadədə 1009 $/кv.m-dən 1.0 % artaraq 1019 $/кv.m, milli valyuta ilə isə ay ərzində 1604 AZN/кv.m-dən 1620 AZN/кv.m bəndinə qədər yüksəlmişdir. “Marja” xəbər verir ki, bu, “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1000 $/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 79.4%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 889 $/kv.m-dir. Ümumi təklif portfelinin 14.5%-ni 1200-1600 $/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1345 $/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 1600 $/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 6.1% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 1954 $/kv.m təşkil etmişdir.
2016-cı ilin fevral ayında mənzil satıcılarının sayında ötən aya nisbətən canlanma müşahidə edilmişdir ki, buda öz növbəsində təklif portfelinin artmasına gətirib çıxartmışdır. Ümumilikdə təkrar mənzil bazarında təklif həcmi 53% artmışdır.Son yanvar ayında ümumi təkliflərin sayı 955 olduğu halda, bu rəqəm fevral ayında 1458 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə -27% azalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən təkrar yaşayış mənzillərinin maksimal həcmi 2015-ci ilin fevral ayında qeydə alınıb.
Ekspozisiya müddəti son fevral ayında ortalama 180 gün təşkil etmişdir ki, buda öz növbəsində ötən yanvar ayından -4% aşağı göstəricidir. Ekspozisiya müddətinin nisbətən aşağı düşməsinə səbəb kimi, təkrar mənzil bazarında aktivliyin artmasını göstərmək olar. Alıcıların sayında son ayda artım olduğundan, təkrar mənzil bazarının aktivliyi ötən aya nisbətən 8% artmışdır.
Bazara satış məqsədi ilə təklif edilən təkrar mənzillərin ümumi sahəsi fevral ayında 73 000 kv.m təşkil etmişdir. Təklif portfelində iki və üç otaqlı mənzillərin ümumi sahələri daha çox üstünlüyə malik olmuşdur, müvafiq olaraq 20 700 kv.m və 26 600 kv.m.
Təkrar mənzil bazarında təklif edilən mənzillərin otaq strukturna gəldikdə, əvvəllər də, olduğu kimi ümumi təklif payında daha çox iki və üç otaqlı mənzillər üstünlük təşkil edirlər. Fevral ayında onların ümumi birgə payı 65.7% təşkil edib.
Layihələr üzrə mənzillərin vəziyyətinə gəldikdə isə, aparılan araşdırmalara əsasən “eksperimental”, “leninqrad”, “xruşşov” və “yeni tikili təmirli” layihəli binaların təklif portfelindəki payı əvvəlki aylarda olduğu kimi, bu ayda mütləq çoxluq təşkil edib, müvafiq olaraq 10.0%, 15.5%, 11.2% və 37.4%.
Ötən aylarda olduğu kimi bu ay da, təklif edilən mənzillərin əksər hissəsi Binəqədi, Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 63.9%-ə bərabər olub. Təklif üzrə ən az paya sahib olan rayonlar isə Xəzər və Suraxanı rayonları qeydə alınmışdır.
Ötən ay ərzində təkrar mənzil bazarında orta təklif qiyməti bir və dörd otaqlı mənzillərdə müvafiq olaraq -5% və -3% azalmış, üçotaqlı mənzillərin qiyməti dəyişməz olaraq qalmış, çoxotaqlı mənzillərin qiymətində isə 6% artım müşahidə edilmişdir. Təkrar mənzil bazarındakı birotaqlı mənzillərin orta təklif qiyməti 36 800 $, ikiotaqlı mənzillərin orta təklif qiyməti 74 200 $, üçotaqlı mənzillərin orta təklif qiyməti isə 97 300 $ təşkil etmişdir.
Yuxardakı cədvəldən də görsəndiyi kimi, mənzillərin ümumi qiymətinə nisbətən, kv.m görə qiymətində artım və ya azalma daha çoxdur, buda mənzillərin ümumi sahələrinin artımından xəbər verir.
Ötən ayda layihələr üzrə qiymət azalması daha çox stalinka və minsk layihələrində qeydə alınıb, müvafiq olaraq -8.0% və -6.8%. Layihələr üzrə qiymət artımı isə italyan və yeni tikili layihəli mənzillərdə hiss edilib, 9.0% və 7.5%. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1019 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 58.9 faizə malikdir. Mənzillərin orta sahəsi 77.41 kv.m, orta otaq göstəricisi isə 2.37 təşkil edir. Hər otağın orta satış qiyməti 34 716 ABŞ dolları, mənzilin orta qiyməti isə 82 300 ABŞ dolları təşkil edib.
Ay ərzində rаyоnlаr üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun bаş vеrib. Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:
Ötən fevral ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar Nəsimi, Yasamal və Nərimanov rayonları olub.
Təkrar mənzil bazarında qiymət indeksi yanvar ayı ilə müqayisədə bu ay 0.05 bənd azalaraq 4.53 bəndində qərarlaşıb.
Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “yeni tikili” layihəli 4 otaqlıda qeydə alınmışdır. “Aviakassa” adlanan ərazidə yerləşən 216 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 2900 USD təşkil etmişdir. Ən ucuz mənzil isə Abşeron rayonunda, Xırdalan şəhərində yerləşən zəif təmirli 54 kv.m-lik sahəyə malik “alman” layihəli, 2 otaqlı mənzildə qeydə alınıb, 420 USD/kv.m.