Kreditplaza.az saytı xarici mənbələrdə numerologiya elmi əsasında yaşadığınız evin nömrəsinin Sizə kömək edib-etməməsi barədə araşdırmanı nəzərinizə çatdırır. Numerologiya elmi belə hesab edir ki, insanın xarakteri anadan olma tarixi ilə təyin edilir, həmən rəqəmlə ki, anadan olma tarixinin bütün rəqəmlərinin toplanması əsasında yaranır. Amma insanın ömründə başqa rəqəmlər də var.
Misal üçün biz hamımız hansısa ünvanda yaşayırıq. Hər birimizin ünvanı müəyyən nömrələrlə qeyd olunur. Misal üçün, 99 N-li bina, 1 N-li korpus, 54 N-li mənzil. Əgər bütün bu nömrələri toplasaq müəyyən rəqəm alınır: 9+9+1+5+4=28, 2+8=10, 1+0=1. Məhz bu sonuncda alınan rəqəm numerologiya elminə görə yaşayış məskənin sahibinə uyğunluğunu və həyatda kömək edib-etmədiyini göstərir.
“Evlərin nömrələri” nəyi göstərir:
1.Bir rəqəmi elə bir rəqəmidir, bu təklikdir. Ona görə də belə evdə tək yaşamaq arzuolunan deyil, tənhalıq daha da güclənəcək. Amma bəziləri üçün işdəki münasibətlər bəs edir, müəyyən peşə sahibləri hətta ünsiyyətin artıqlığından şikayət edirlər. Belə hallarda bir rəqəmi ünsiyyətdən dincəlməyə kömək olar.
2.İki rəqəmi sakitləşdirici təsir edir. Belə evlərdə mübahisələr nadir hallarda baş verir və problemlər sülh yolu ilə həll olunur. İki rəqəmi altında yaşamaq rahatdır, əlbəttə əgər rahatlıq Sizin temperamentinizə uyğundursa. Əmosional insanları iki rəqəmi təzyiq edir.
3.Üç rəqəmi enerji verir. Ruhi, fiziki. Üç rəqəmi altında yaşayanlar güc tükənməsindən əziyyət çəkmirlər. Belə evlər pul xərcləyənlərə uyğun deyil. Pullar onların ciblərindən sürətlə axacaqlar.
4.Dörd rəqəmi altında olan evlər öz sahiblərinə sabirliyi təmin edəcəklər. Dörd rəqəmi dörd elementi özündə birləşdirir: Od, Hava, Su və Torpaq. Bu evlərdə hər şey alınacaq, bütün işlər müvəffəqiyyətlə başa catacaq. Amma işsevərlər üçün daha intensiv işləmək lazım olacaq, onlar bəlkə də yaşayış sahəsini dəyişmək barədə düşünməlidirlər.
5.Beş rəqəmi sahiblərinə yaradıcılıq aktivliyini stimulaşdırır. Bu rəqəm artistlər, ədəbiyyatçılar və rəssamlar, şablon düşünməyən bütün peşə sahibləri üçün düşərlidir. Sakit və rahat həyat tərzi sevənlər üçün bu rəqəm altında olan evlər uyğun deyil.
6.Altılıq dostluq və sevgi hisslərini oyadır. Belə evlərdə çoxuşaqlı məhkəm ailələr yaşayır. Əgər Sizin xarakterinizdə sevmək və sevilmək hissləri varsa, o zaman alti rəqəmli evlər mhz Sizin üçündür.
7.Yeddi rəqəmli evlər “xoşbəxt” reputasiyaya malik rəqəmə malik olmasına baxmayaraq, maliyyə işlərində yaxşı nəticə gözləməsinlər. Bu evlər daha çox insanlıq maddiyat tərəfi ilə maraqlanmayanlar üçündür. O şəxslər ki, tənhalığı,analizi, daxili dünyası barədə düşüncələri dünyəvi uğurlardan üstün tuturlar.
8.Səkkiz isə sərvət və rifah mənbəyidir. “Ev ağzına kimi doludur” – bu məhz səkkiz rəqəmi haqqında deyilib. Bu evlər, yüksək mənsəb sahibi olmaq və ətrafdakıların onları qəbul etməsi, hörmət göstərməsi,dostluq etməsini istəyən insanlar üçündür. Amma maliyyəsi ilə düzgün rəftar edə bilməyənlər üçün belə evlər düşərli deyil.
9.Doqquz rəqəmli evlərdə həmişə insanlara sevgi və mərhəmət hissi olur. Belə evlər müdrikliyin dərinliklərini dərk edə bilən,böyük həyat təcrübəsinə mailk insanlar üçün ideal yaşayış məskənidir.
Numerologiya elminin bu nəticələrini təsdiq və ya inkar etmək üçün çox şey lazım deyil. Sadəcə öz uğurlarını və ya uğursuzluqlarını analiz etmək və bir az düşünmək lazımdır. Nəticələri çox ciddi də qəbul etməyin. Bu sadəcə numerologiya elmidir.
Kreditplaza.az