Son vaxtlar Bakıda tikilən bir sıra yaşayış komplekslərində mənzillər kiçik sahələrdə tikilərkən,  “İşıqlı” adlı yaşayış kompleksində 102 kvadrat metrdən aşağı sahədə mənzil yoxdur.

“Marja”nın məlumatına görə, əksər alıcılar  “mənzilin ümumi sahəsi az olsa da, otaqların sayı çox olsun” prinsipi ilə mənzil axtardıqlarından, əksər tikinti şirkətləri 65 kvadrat metrlik sahədə 3 otaqlı mənzillər belə təklif edirlər.

Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 18 ünvanında, paytaxtın əsas yollarından sayılan Azadlıq prospekti və Səməd Vurğun küçələrinin arasında (Olimpik Starın yanı) yerləşən “Turac-AF” firmasına məxsus 1 girişli 2 yüksək mərtəbəli yaşayış binasından ibarət “İşıqlı” yaşayış kompleksinin tikintisinə 2015-ci ilin mart ayında başlanmışdır. İnşaat işləri paytaxtımızın müxtəlif ərazilərində bir sıra yüksək keyfiyyətli, hündür mərtəbəli binalardan ibarət kompekslərin inşa etmiş “Azərbaycan Nyu Kompani” MMC tərəfindən yerinə yetirilir. Tikintidə ən son texnologiya tətbiq etməklə ekoloji təmiz materiallardan istifadə olunur. Binaların ümumi görünüşü füsunkar və cazibəlidir.

Kompleksin diqqəti çəkən tərəflərindən biri mənzilləri çox böyük olmasıdır. Mənzillərin sahələri 102,3–207 kv.m aralığındadır. Kompleksdə 1 otaqlı mənzillər yoxdur.  Alıcılar 2, 3 və 4 otaqlı mənzillərdən seçə bilərlər.

Zirzəmidə avtomobil dayanacağı və həyətdə 2 mərtəbəli ictimai iaşə obyekti, həmçinin binanın 1-ci və 2-ci mərtəbələri müasir vitrajla əhatə olunmuş işıqlı, geniş və hündür ofis və ticarət obyektləri kimi nəzərdə tutulmuşdur.

Həyətdə xüsusi dizaynla abadlıq işləri, uşaqlar üçün əyləncə guşələri, sakinlərin xoş istirahəti üçün xüsusi sahələr planlaşdırılıb.

Tikinti işləri qrafikə uyğun yerinə yetirilir və yaşayış kompeksinin 2016-cı ilin Noyabr ayında təhvil veriləcəyi planlaşdırılır.

“İşıqlı” yaşayış kompleksində mənzilin 1 kvadrat metrinin qiyməti 1500 manatdır. Həmçinin 10% ilkin ödəniş, illik 8%-lə 20 illik ipoteka yolu ilə də mənzilə sahib olmaq olar.