Azərbaycanda daşınmaz əmlsakın, o cümlədən mənzil və evlərin satışından vergi tutulması qaydası, yeni tikilən binalardakı və hələ mülkiyyət sənədi almayan mənzillərə də şamil ediləcək. Yəni həmin mənzillərin sahibləri dəyişəndə də vergi tutulacaq. Fins.az-ın məlumatına görə, bu barədə Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Natiq Şirinov bildirib.
Nazirliyin rəsmisi sonadək sənədləşməmiş belə mənzillərin satışından əldə olunan gəlirdən verginin necə tutulmasına aydınlıq gətirib. Onun sözlərinə görə, belə mənzili başqasına satan vətəndaşlar orada 5 ildən çox yaşadığını subut etməli oacaq. Bunun üçün həmin şəxs order, alqı-satqı müqaviləsi və digər sənədləri təqdim edə bilər.