Dünyaca məşhur yatırımçı və xeyriyyəçi Corc Sorosun “mübahisəli sima” olduğunu söyləmək heç nə deməkdir. Dünyada heç bir investor insanlarda bu qədər ziddiyyətli hisslər doğurmur. O, Britaniya funt sterlinqinə qarşı bir gündə milyard dollar qazanmış spekulyat kimi tanınıb və yeri gəlmişkən, spekulyant olduğunu özü də etiraf edir. Beləliklə, ünlü spekulyantın alman nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.
Wirtschaftswoche: Cənab Soros, Time dərgisi Angela Merkeli ilin adamı seçdi, həm də onu “azad dünyaın kansleri” adlandırdı. Bununla da ona hədsiz dərəcədə şərəf göstərilməyibmi?
Corc Soros: Əlbəttə, yox. Mən əvvəlki kimi onun Avropadakı iqtisadi siyasətini prinsipial şəkildə yanlış sayıram. Lakin o mənim üçün artıq çoxdan Avropanın şübhəsiz lideridir – Ukrayna böhranı ilə bağlı prezident Vladimir Putinə qarşı qətiyyətlə durduğu vaxtdan bəri. Buna qədər onu sorğuların nəticələrinə diqqət yetirən qabiliyyətli siyasətçi hesab edirdim. Lakin Rusiyaya münasibət məsələsində ictmai rəy birdən onun üçün tamamilə mənasız oldu. Elə mühacir böhranı başlayandan sonra da Merkel tez dərk etdi ki, AB dağıla bilər – əvvəlcə Şengen zonasının sərhəddən azad məkanı, sonra isə azad daxili bazar.
-Merkeli əvvəllər ehtyalı hesab edirdilər, indi sə birdən son dərəcə qətiyyətli olub. Bu, almanların çoxunu əsəbiləşdirir.
-Mən şəxsən onun qətiyyətini olduqca dəyərləndirirəm – ola bilsin, ona görə ki, mənə yatırımçı olduğum dövrləri xatırladır. Əlbəttə, narahatlıq üçün məhz indi çoxlu səbəb var. AB böhranın öhdəsindən gələ bildi, çünki böhranlar bir qayda olaraq onu möhkəmləndirdi və güclü etdi. Lakin indi bir deyil, eyni vaxtda beş, hətta altı böhran meydana çıxdı.
-Gəlin, hesablayaq: Yunanıstan böhranı, avro böhranı, Rusiya ilə münasibətlərdə böhran, Ukrayna böhranı, mümkün “Breksit” böhranı (Böyük Britaniyanın AB-dən çıxması-red.), mühacir böhranı. Mən daha nəyinsə adını çəkmədim?
-Əlbəttə. Hələ mühacir böhranına səbəb olmuş Surya böhranı. Bndan başqa, Parisdəki teraktdan sonra mühacir siyasəti barədə diskussiyalar ciddi şəkildə kəskinləşdi. Daha bir prinsipial böhranın baş verib-verməyəcəyi isə almanlardan asılıdır.
-Nəyi nəzərdə tutursunuz?
-Avropanın dağılmasının qarşısını kimsə ala bilərsə, bu da yalnız almanlardır. Onlar Merkelin dönəmində Avropanın əsil hegemonuna çevrildilər, lakin almanlaın bəzisi Yunanıstana kredit xüsusunda necə söydüyündən asılı olmayaraq indiyədək buna görə bədəl ödəməli olmamışdılar. Tamamilə aydındır ki, valyuta birliyinin yaranmasndan ən böyük iqtisadi mənfəəti almanlar götürdülər. Lakin hegemonlar təkcə öz maraqları naminə deyil, həm də onlara etibar edənlərin maraqlarına görə həyəcan keçirtməlidir. Lakin Almaniya 1945-ci ildə Amerikanın etdiyi kimi məsuliyyəti öz üzərinə götürmək istəyəcəkmi? Bunu artıq almanların özü qət etməlidir.
-Bu, Merkelə kansler kreslosu bahasına başa gələ bilər.
-Mühacir böhranı kontekstində söhbət prinsiplərdən gedir. Mənə göründüyü kimi, o bu riski tam dərk edir. Onun fəaliyyəti şəxsən məni son dərəcə mütəəssir edir. Mən özüm müharibədən, Holokostdan, kommunistlərdən keçmişəm, qaçqın olmuşam. Mən milyadlarla dollar sərf etmişəm ki, Avropa bütün dünya üçün mümkün qədər açıq, bütün dünya üçün nadir cəmiyyətə dönsün. Mənim baxışıma görə, Merkel pastor ailəsindəki uşaqlığını və ADR-dəki kölə yaşayışını yada salıb bu cür hərəkət edir.
-Siz birinci növbədə Şərqi Avropada demokratiyanın inkişafı ilə məşğul olurdunuz. Niyə məhz indi orada qaçqınlara nifrət bu qədər güclüdür?
-Macarıstanın baş naziri Viktor Orban Merkelin Avropada öncül rolu ilə barışmağa razı deyil, həmçinin Avropanın söykəndiyi prinsipləri sarsıtmaq istəyir. Bunu çap dəzgahı ilə tutuşdurmaq olar: Rusiya prezidenti Vladimir Putin AB-yə xaricdən, Orban isə daxildən həmlə edir. Orbanın XSİ-nın (Xristian-Sosial İttifaqı – Almaniyada siyasi partiya-red.) bu yaxınlardakı qurultayında Merkelə necə hücum etdiyini gördünüz?
-Lakin Şərqi Avropada ksenofobiya coşqusunu təkcə Orbanın varlığı ilə izah etmək olmaz.
-Orban isə tək deyil. Polşadakı seçkilərdə partiyası təzəcə qalib gəlmiş Yaroslav Kaçinski olduqca oxşar baxışların tərəfindədir. Polşa etnik və dini baxımdan Avropanın ən “bircins” ölkələrindən biridir. Kimsə katolik Polşasında “özgə” olacaqsa, bu da müsəlman mühacirlərdir. Və Kaçinski seçkiöncəsi kampaiyanın gedişndə bu “özgə” cəhənnəm əntərlərini uğurla təqdim etdi.
-AB Polşa və Macarıstan hökumətlərinə qarşı sanksiyalar tətbiq edə bilər. Doğrudanmı, məsələ bu qədər ciddidir?
-Hər iki ölkənin hökuməti öz hakimiyyətlərini möhkəmləndirmək qəsdilə azlıqların hansısa etnik və dini qarışığının təcridinə can atır. Bu mənə I və II Dünya savaşlarının arasındakı dövrü xatırladır. O zaman admiral Horti və marşal Pilsudski Polşada bütün demokratik institutları öz nəzarətlərinə götürməyə cəhd edirdilər. İndiki idarəçilər də məhz buna can atırlar.
-Bununla belə, Polşanı son zamanlar iqtisadi və siyasi inkişaf baxımından Avropanın ən uğurlu ölkələrindən biri adlandırmaq olar.
-Çoxları düşünürdülər ki, o, Berlin üçün Fransa kimi önəmli tərəfdaşlardan, həmçinin Putin Rusiyasına qarşı mübarizədə başlıca dayaqlardan biri ola bilər.
-Hansı ki AB-i xaricdən doğrudan təhdid edir?
-Maraqlıdır ki, təxminən, 25 il öncə məhz “bükülmüş” SSRİ və təzəcə ayaqüstə durmuş AB dövlət idarəçiliyinin əsas müasir modelini təmsil edirdi. Sovetlər Birliyi bütün ölkələrin proletarlarını birləşdirməyə, AB isə azad və açıq cəmiyyət prinspi əsasında dinc inteqrasiyaya can atırdı.
-İndi hər iki model keçmişdə qalıb?
-İndi SSRİ-nin yerində dünya dövləti olmağa cəhd edən Putin Rusiyasıdır. AB-də isə yenidən millətçi tendensiyalar qalib gəlir. Deyəsən, Merkel əvvəlki tək açıq cəmiyyətə inanır. Ukraynada demokratiya və azadlıq uğrunda çarpışan insanlar da buna can atır. Lakin indiki AB-də bu dəyərlər daha yoxdur. Avropanı bərabərhüquqlu və könüllü tərəfdaş kimi nəzərdən keçirtmək olarmı? Можно ли рассматривать Европу в качестве равноправного и добровольного партнера? Lakin Avropa daha yoxdur axı!
-Lakin axı Merkel heç də millətçi kimi hərəkət etmədi. O, suriyalı qaçqınlar üçün sərhədi açdı, buna görə Avropa da suqsvanqa düşdü.
-Olsun ki, Almaniyanı istisna saymaq olar. Lakin AB-nin qalan üzv ölkələri ancaq və müstənsna olaraq öz maraqları haqda düşünür. Nəhayət, Avropanın duruma və AB hüdudlarından kənara təsir edən ümumi mühacir siyasəti hazırlamağı lazımdır. Ən nəhayətdə qaçqın statusuna iddiaçılar atıq olduqları yerdə qalacaq və bütün qitəni dolaşmayacaqlarsa, bu daha az dağıdıcı və artıq dəqiq şəkildə ucuz olacaq. AB-nin ildə hər bir potensial qaçqına 15 min avro ayırmağı lazım gəlir – onun yaşayışına, sağlamlığına və təhsilinə, o cümlədən ayrı-arı ölkələrin qaçqın qəbulunu yüngülləşdirməyə.
-Lakin AB-nin pulu yoxdur…
-Əlbəttə, indiki büdcə bəs etməz. Lakin AAA kredit statuslu uzunmüddətli istiqrazlar buraxmaq olar. Bu həm Avropanın iqtisadi artımı üçün mənəvi baxımından bəraətli olardı, yükü isə qaçqınlrı qəbul edən və qəbul etmək istəməyən ölkələr arasında ədalətli şəkildə bölmək mümkündür.
-Birja biznesindən niyə imtina etdiniz?
-Hər çey çox sadədir: mən bəşəriyyətə görə həyəcan keçirdrəm. Hesab edə bilərsiniz ki, boyanı tündləşdirirəm, lakin bizim bütün Qərb sivilizasiyasını yoxolma təhdid edir. İnsan təbiət elmləri biliyinin sayəsində təbiəti öz nəzarətinə götürdü. Eyni zamanda hətta həmişə özünə nəzarət etmək durumunda deyil. Buna görə də ictimai elmlərin inkişafına, xüsusən də mənim yeni iqtisadi düşüncə İnstitutuma getdikcə daha çox vəsait qoyuram.
-Kədərli səslənir. Doğrudanmı, bu qədər bədbinsiniz?
-Bu məndə atamdandır. 1944-cü ildə nasistlər Macarıstanı tutarkən o bundan bir az öncə bizə saxta pasportlar düzəldə bilmişdi. Bunu etməsəydi, sağ qalmazdıq. Həqiqətin gözünə baxır və gerçəkliyi heç vaxt inkar etməyə çalışmazdı. Mən də həmişə bütün mümkün variantlardan ən pisini öncədən görməyə cəhd edirəm. Bu yatrımlarda mənə çox kömək olub və siyasi məsələlərlə üzləşərkən indi də köməyimə gəlir. Çünki təhlükənin varlığı imkanlar yaratmağa yardım edir. Axı hava işıqlanmazdan əvvəl qaranlıq hökm sürür.
-Bu, Yunanıstana da aiddir?
-Təəssüf ki, yox. 2009-cu ildə Yunanıstan böhranı həqiqi şəkildə alovlananda AB Almaniyanın başçılığı ilə ona yadım etdi, lakin ondan olduqca böyük qiymət – kreditlər üzrə faizlərin yüksəldilməsini tələb etdi. Və Yunanıstanın borcları həqiqətən də qaldırılmaz oldu. Təəssüf ki, almanlar son danışıqların gedişində həmincə səhvi təkrar etdilər. Onlar yenə də Yunanıstan daha dərin uçuruma qovalayan həmin şərtləri təkid etdilər. Bu ölkə heç vaxt öz borclarını ödəyə bilməz.
-Bəs bu ölkə özəl yatırımçılar üçün cəlbedici ola bilməzmi?
-Yunanıstan avrozonada qalana qədər xeyr. Nə qədər ki onda avro olacaq, heç vat böhrandan öünə gələ bilməz, çünki mübadilə kursu olduqca yüksək olacaq və heç vaxt rəqabət qabiliyyətli ola bilməyəcək.
-Sizi narahat etmir ki, məhz indi, böhranın qızğın vaxtında məhz Britaniyada AB-dən çıxamq haqda referendum baş tuta bilər?
-AB Britaniyasız xeyli zəif olardı. Axı o, həmişə özünəməxsus əks ağırlıq rolunu oynayıb. Həm də ona görə ki, onu iqtisadiyyatı Fransanınkından daha çox bazar iqtisadiyyatıdır.
-Lakin deyəsən, britaniyalıların əksəriyyəti AB-dən çıxmaq uğrunda çıxış edir.
-Ancaq ona görə ki, “Breksit” xüsusunda bütün bu kampaniya ictmaiyyəti yanıldır. Böyük Britaniya indi öz tarixində ən yaxşı sövdələşməni “aşırda” bilər. Bu ölkənin Britaniyanın bütün ixrcatının getdiyi daxili bazara çıxışı var. Eyni zamanda avro-böhran onun iqtisadiyyatını aşağı dartmaz. Həm də onu təhlükəyə məruz qoymaq axmaqlıq olardı.
-Avropa – həm də bütün dünya – yetərincə uzun müddət ərzində Çinin iqtisadi artımına güvənə bilərdi. O indi keçmişdə qaldı?
-Çin əvvəlki kimi bütün dünyada əsas ölkə olaraq qalır. Əvvəlki kimi onun sərəncamında nəhəng valyuta ehtiyatları var və yatırımçıların güvənindən yararlanır. Onlar əmindirlər ki, bu qədər çətinliklərin öhdəsindən gəlmiş rejim sonra nə edəcəyini bilir.
-Bəs iqtisadi iflası önləmək üçün bu üstünlüklər bəs edirmi?
-Təəssüf ki, Çin hazırda öz valyuta ehtiyatlarını çox sürətlə “yandırır”. Elə yatırmıçılar da tədricən şübhələnməyə başlayırlar, çünki Çin hökuməti xeyli səhvlər buraxdı. Təkcə bankların və dövlət müəssisələrinin böyük borclarını və yaxud ekologiya problemlərini yada salmaq kifayətdir. Çin inmadan daha üç ilə yaxın istifadə edə bilər, lakin sonra öz tarixində başlıca çağrışlardan biri ilə üzləşəcək.
-Si Szinpin bunun öhdəsindən gələcək?
-O, güclü liderdir, lakin böyük bir zəifliyi var: Si Szinpin hər şeyə özü nəzarət etməyə cəhd edir. Lakin iqtisadi islahatlar siyasi güzəştlərsiz mümkün deyil. Szinpin korrupsiya ilə hələ istədiyi qədər mübarizə elan edə bilər, lakin bunların hamısı müstəqil KİV-siz iflasa məhkumdur. Amma deyəsən, o bu yöndə addıma hazır deyil. O bu mənada Rusiya prezidenti Putini xatırlaıdr.
-Putin sizin fondu dövlətin düşməni elan edib. Bəlkə də, Ukraynada demokratiyanı dəstəklədiyinizə görə. Orada durum necədir?
-Ukrayna sakinləri son iki ildə nəsə inanılmaz bir şeyə nail ola bildi. Lakin avropalılar onlara çox az pul verir və bununla da artıq Yunansıtanda buraxılmış səhvi təkrar edirlər. “Köhnə” Ukrayna Yunanıstana oxşayırdı: oliqarxlar ölkəni altlarına basıb əzirdilər, məmurlar isə ancaq şəxsi varlanmağa can atırdılar. Lakin “yeni” Ukraynadakı insanlar radikal islahatlar istəyirlər, amma bu zaman Avropanın köməyinə ehtiyacları var. Avropa ona bu yardımı etsəydi, bundaan mənfəəət götürə bilərdi –axı güclü və tərəqqi edən Ukrayna Rusiya təcavüzünə qarşı mübarizədə və tərəqqi və həmrəylik uğrunda önəmli aktiv olardı.
-Amerikalılar Ukraynanln önəmini avropalılardan daha yaxşı anlayırlar?
-Xeyli yaxşı. ABŞ vitse-prezidenti Co Bayden bu günlərdə gözəl bir nitq etdi və prezident Poroşenkonu demokratiyanın inkişafı və korrupsiya ilə mübarizədə uğurlara görə təbrik etdi. Avropada belə şeyə ancaq Merkel qabildir. Lakin təəssüf ki, mühacir böhranı üzündən onun Ukraynaya, sadəcə, vaxtı qalmır.
-Çoxları Barak Obamanı prezident Putinə qarşı hədsiz nəzakətdə ittiham edirlər.
-Və onlar tamamilə haqlıdırlar. Obama Rusiya ilə hər cür qarşıdurmadan hökmən yayınmaq istədi. Lakin ləngimədən və ən qətiyyətli şəkildə Putinin Yaxın Şərqdəki, birinci növbədə Suriyadakı münaqişəyə müdaxiləsinə qarşı çıxmalıydı. Demək mümkündür ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rus hərbi təyyarəsini vurmağı əmr edib Obamaya böyük xidmət göstərdi. Çünki Putin onda bir anda anladı ki, Suriyada “odla oynamaq” mənf nəticələr verəcək. Və burada birdən siaysi həll axtarışı ilə məşğul olmağa başladı. Lakin təəssüf ki, indi Suriyadakı durumda, heç olmasa, hansısa həll tapmaq çox çətin olacaq. İŞİD Qərb cəmiyyətinin Axilles dabanını üzə çıxatdı – ölüm qarşısında vahiməni. Onlar bu vahiməni yemləyir və bu qayda ilə bizi dözüm və açıqlıq siyasətindən imtina etdirməyə cəhd edirlər. Lkain biz ABŞ prezidentiliyinə respublikaçılardan namizəd Donald Trampın çağırdığına getsək, terrorçuların dəyirmanına su tökəcəyik.
-İkiniz də milyardersiniz, ikiniz də Nyu-Yorkda yaşayırsınız. Trampla tanışsınız?
-Xeyli illər qabaq məndən soruşdu ki, onun göydələnlərindən birinin baş icarədarı olmaq istəyərdimmi? O istəyirdi ki, mən nəsə bir qiymət deyim. Amma mən ancaq dedim: “Bunu özümə caiz bilmərəm”. Kiçik Corc Buşdansa o daha təhlükəlidir. Buş, ən azı, 11 sentyabr teraktından sonra Amerikanın İslama qarşı müharibə aparmayacağını dünyaya göstərməkdən ötrü məscidə baş çəkdi. Tramp isə müsəlmanların Amerikaya gəlişini qadağan etmək istəyir.
Qreqor Peter Şmits
WirtschaftsWoche Heute (Almaniya), 25.12.2015
Mənbə:Strateq.az