Danimarkanın “Maersk Group” holdinqinin konteyner gəmiçiliyi üzrə fəaliyyət göstərən “Maersk Line” şirkəti 110 işçisini ixtisar edir.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, şirkətin qənaət planına uyğun həyata keçirilir.
Məlumata görə, şirkət 2017-ci ilin sonuna qədər 4 min işçini ixtisar etməyi planlaşdırır. Bu rəqəm şirkətin ümumi işçi qüvvəsinin 17%-ni təşkil edir.
Qeyd edək ki, “Maersk Group” dünyanın 130 ölkəsində fəaliyyət göstərir və şirkətlər qrupunun 89 min işçisi var. “Maersk Group” dünyada gəmiçilik, logistika və neft-qaz sənayesində fəaliyyət göstərir.
“Maersk Line” şirkətinin 23 min işçisi var.