Yaxın gələcəkdə gənclər şəhərciyi tikilməyəcək.
Bu barədə gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında açıqlama verib.
O bildirib ki, hazırkı bazar iqtisadiyyatı sistemində gənclər üçün şəhərciyin inşası mümkün deyil.
Nazir əlavə edib ki, dövlət büdcəsindən pul ayrılaraq gənclərə ev tikilməsi də düzgün olmazdı: “Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, yaxın gələcəkdə gənclər şəhərciyinin inşası gündəmdə olan məsələ deyil”.
Mənbə:Report