Kreditplaza.az saytı Bloomberg agentliyinə istinadən xəbər verir ki, neft  bazarındakı möhtəkirlər, neftin 1 barrelinin 15 düşəcəyi təqdirdə qazanc gətirə biləcək opsionlar alırlar. Demək bazar iştirakçıları bu qiymətdən də aşağı qiymətin olacağını təxmin edirlər.

 

Qiymətin aşağı salınması oyunu keçən ilin ortalarından başlayaraq demək olar ki, fasiləsiz davam edir.İndi qiymətlərin aşağı düşməsinə bir neçə amil təsir edir: OPEC-in hasilatı azaltmamaq qərarı, İranın bazara qayıdışı və Rusiyada hasilatın yüksək həcmlərdə olacağı gözləntisi.Qısaca desək treydeylər bazarda təkilfin artacağını gözləyirlər.

Goldman Sachs Group-un məhsul bazarında araşdırmalar şöbəsinin başçısı Jeffri Karri yazır ki, “ biz hesab edirik ki, gələn il də təkliflərin artması gözləniləndir”.

O həmçinin qeyd edib ki, havaların mülayim keçməsi və tələbin zəifləməsi 1 barrelin qiymətinin $20 düşməsinə səbəb ola bilər və ancaq bundan sonra neft hasilatçıları hasilatı azalda bilərlər. Ümumi neqativ vəziyyət bazar iştirakçılarını, məzənnələrin aşağı düşməi halında qazanc gətirə biləcək  put opsionları almağa təşviq edir.

Nyu-York əmtəə birjası, 1 barrelə görə $30, $25, $20 və hətta $15 qiymətlər olan açıq strayk məzənnələrinin olduğunu qeyd edir. Bu gün isə WTI neftinin 1 barreli  $36 –dan bir qədər çoxdur.