Telekommunikasiya maqnatı 20 milyard dollarını itirdi.

Telekommunikasiya maqnatı Karlos Slim 2015-ci ildə dünyanın 400 ən zəngin adamı arasında ən çox maliyyə itkisi ilə üzləşən şəxs kimi yadda qalıb. “Bloomberg”in məlumatına görə o, bu il ərzində 20 milyard dollar itirib ki, bu da Honduras iqtisadiyyatına bərabərdir.

Hazırda Karlos Slim 400 ən zəngin insan arasında 5-ci yerdədir.


Karlos Slim – milyarder

Lakin siyahıda onu qabaqlayanlar da var. Bunlardan biri Microsoft şirkətinin yaradıcısı Bill Gates, Inditex şirkətinin baniləri Amancio Ortega, daha sonra Warren Buffett və Amazonşirkətinin əsas səhmdarı Jeff Bezosdur.

Milyarderə məxsus olan America Movil SAB telekommunikasiya şirkəti hazırda Meksika bazarında dominant mövqeyini itirməkdədir. Meksika hakimiyyət orqanlarının bu şirkətin infrastrukturunu digər bazar iştirakçıları ilə bölüşdürdükdən sonra onun səhmləri 2008-ci ildən bu günə kimi ən aşağı səviyyəyə düşüb.


Bill Gates – Microsoft şirkətinin yaradıcısı

Forbes jurnalının açıqlamasına görə, Slimin varidatı artıq ikinci ildir ki 77.7 milyard dollar dəyərində qiymətləndirilir. İkinci yeri 79.2 milyard dollarla Microsoft şirkətinin yaradıcısı Bill Gates, üçüncü yeri isə 72.7 milyard dollarla Warren Buffet tutur.

 

Mənbə:ANS PRESS