“Manatın nə az, nə çox 48% dəyərdən salınması, hamı kimi məni də şok vəziyyətə saldı”.

Bunu manatın növbəti devalvasiyasına münasibətini açıqlayan sabiq maliyyə naziri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, yaxın günlərdə hökumətin bu sərt addımı ilə bağlı geniş şərh və suallara cavab hazırlayıb, mətbuata verəcək: “Amma yenə də əvvəl dediklərimi təsdiq edirəm, buna heç bir ilkin iqtisadi şərait yox idi.

Görünür, Mərkəz Bankı və hökümət daha ciddi intellekt və hesablamalar tələb edən yol tapa bilməmişdi, ənənəvi və çox asan, geniş araşdırma, özəl model tələb etməyən ən qaba üsulla bütün zərəri əhalinin üzərinə atan yoldan istifadə etdi. Təəssüflər olsun…”.

Strateq.az