Payız mövsümü və ilin sonu ilə əlaqədar olaraq ev sahibi olmaq istəyənlərə bir çox cazibədar təkliflər təqdim olunur. İnşaat şirkətlərinin təqdim etdiyi son kampaniyalarda demək olar ki, çox büdcəyə uyğun ev var. İstəyən ilkin ödənişsiz 10 ilədək, istəyən 10% ilkin ödəniş etməklə 20 il müddətinə ipoteka ilə mənzil sahibi ola bilər.
Həmin təklilərdən bir neçəsini diqqətinizə çatdırırıq.
“Grand Hayat” yaşayış kompleksi – Bakı şəhəri, Tbilisi prospekti 1054
Zəngin ifrastrukturu ilə önə çıxan “Grand Hayat” yaşayış kompleksi Tbilisi prospekti 1054, ünvanında (köhnə taksi parkının ərazisi) “Yeni Həyat” Şirkətlər Qrupu tərəfindən tikilir. “Grand Hayat” yaşayış kompleksi hər biri 1 bloklu və 27 mərtəbəli olan 10 binadan ibarətdir.
“Yeni Həyat” şirkətindən əldə etdiyimiz məlumata görə, “Grand Hayat” yaşayış kopleksində mənzillərin 1 kvadratmetri, mənzilin yerləşdiyi binadan, mərtəbəsindən və istiqamətindən asılı olaraq nağd satış zamanı 950 manatdan başlayır. Grand Hayat” kompleksində mənzillər daha əlverişli ipoteka şərtləri ilə satılır. Noyabr ayının ortasından “Yeni Hayat” Şirkətlər Qrupu “Grand Hayat” Yaşayış Kompleksində mənzillərin tam yeni ipoteka şərtləri ilə satışını təklif edir. Yeni proqram daxilində kredit müddəti 20 il, ilkin ödəniş ümumi məbləğin 10%-ni, illik faiz dərəcəsi isə 8% təşkil edir. İpoteka manatla verilir.
“Grand Hayat” yaşayış kompleksi barədə ətraflı buradan oxu.
“Bakikhanov Residence” – Sabunçu rayonu, Bakıxanov qəsəbəsi
“21-ci əsr” şirkəti də “Bakikhanov Residence”də mənzillərin ipoteka ilə satışına start verib.Belə ki, “Bakikhanov Residence”in yeni ipoteka şərtlərinə görə, mənzilləri ilkin ödənişi 20%, illik faiz dərəcəsi 8% olan, 15 ilədək ipoteka yolu ilə almaq olar.
12 mərtəbəli yaşayış binasında 390 mənzil olacaqdır. Binada 1 otaqlı – 208 mənzil (sahələri 45,4 kv.m-dən 56,4 kv.m kimi), 2 otaqlı – 104 mənzil (sahələri 73,6 kv.m-dən 91,1 kv.m kimi), 3 otaqlı – 78 mənzil (sahələri 99 kv.m-dən 120,7 kv.m kimi) nəzərdə tutulub. Binada mənzilin 1 kvadratmetri 1100 manatdan təklif olunur. Bu qiymət 3-cü mərtəbədən 11-ci mərtəbəyə kimi səviyyədə yerləşən mənzillərə şamil edilir. 2-ci və 12-ci mərtəbədə yerləşən mənzillərin 1 kv.metrinin dəyəri aşağıdır. Binanın 2016-ci ilin 1-ci rübündə təhvil verilməsi nəzərdə tutulur.
“Renessans Palace” – Elmlər Akademiyası metrosu yaxınlığında premium-klass yaşayış kompleksi
“Renessans Palace” Yaşayış Kompleksində yeni 20 illik ipoteka proqramına start verilib. Yaşayış kompleksinin tikintisini aparan “AS Group İnvestment” Şirkətlər Qrupundan verilən məlumata görə, ipotekanın ilkin ödənişi – 10%, illik faiz dərəcəsi – 8% təşkil edir. İpoteka yalnız manatla verilir. Yeni şərtlərə əsasən ilkin ödəniş 10 min manatdan, mənzillər üzrə aylıq ipoteka ödənişi isə 720 manatdan başlayacaqdır. “Renessans Palace”da mənzilin 1m2-nin qiyməti 1500 -1750 manat civarındadır.
“Melissa Park” – Bakı şəhəri, Zərdabi prospekti 3166-cı məhəllə
“ACL Group”, Zərdabi prospekti 3166-cı məhəllə-də (20 Yanvar metrosu yaxınlığında) “Melissa Park” Yaşayış Kompleksini tikir. Şirkət kompleksdəki mənzilləri 10% ilkin ödəniş, 10% illik, 10 il müddətinə ipoteka şərti ilə təklif edir. Mənzil alıcıya tam təmirli verilir. Təmirdən əlavə mətbəx mebeli də Sizə hədiyyə ediləcək. Melissa Parkın A binası 2016-cı ilin Mart ayında təhvil veriləcək. Tam təmirli mənzilin 1m2 qiyməti 1250-1460 manat aralığındadır.
“Panorama Park” – Bakı şəhəri, Gəncə prospekti
“Alians” şirkəti Xətai rayonu, Gəncə prospekti 29/30 ünvanında “Panorama Park” yaşayış kompleksinin tikintisini aparır. Gəncə və Nobel prospektlərinin kəsişməsində yerləşməklə, Dənizkənarı parka 15 dəqiqə, hava limanına isə 18 dəqiqəlik bir məsafədə yerləşir. Satış qiyməti hər bir məzil üçün fərdi şəkildə, istiqamətinə, yerləşdiyi mərtəbəyə əsasən hesablanılır. Qiymətlər 890 manatdan 1350 manata qədərdir. İlkin ödənişlər 20%, 30%, 50% və müddətlər isə 12 aydan – 60 aya qədərdir. 30%, 50% ilkin ödəniş zamanı əlavə faiz alınmır. “Panorama Park”da planlama sərbəstdir. İstədiyiniz mənzildə otaq sayını dəyişə bilərsiniz.
“Absheron Construction” şirkəti – “Yeni Yasamal-1 Layihəsi”
Bakıda bir çox ünvanda mənzil tikintisi ilə məşğul olan “Absheron Construction” şirkəti “Yeni Yasamal-1 Layihəsi” üzrə 10 illik İpoteka kampaniyasına start verib. Kampaniyaya əsasən, 5710 manat ilkin, ayda cəmi 679 manat ödəniş edərək (10 illik) 57,1kv.m. mənzilə sahib ola bilərsiz. Binanın 2017-ci ildə təhvil verilməsi planlaşdırılır. Mənzillərin 1 kv.m 900 manatdan təklif olunur.
“Kristal Abşeron” – Xırdalan şəhəri
“Kristal Abşeron” şirkəti Xırdalan şəhərində inşa etdiyi yeni yaşayış kompleksində mənzillərin 20 illik ipoteka ilə satışını aparır. Şirkətin ən isti təkliflərindən biri 1 otaqlı 27.4 kv.m mənzilə aiddir. Belə ki, 2713 manat ilkin, ayda 205 manat (240 ay) ödəməklə mənzilə sahib ola bilərsiniz. Mənzil binanın inşa mərhələrindən asılı olaraq ən gec 12-15 ay müddətinə tam təmirli təhvil verilir. Mənzilin 1 m2-nin qiyməti 881-1090 manat civarındadır.
“Kristal Abşeron” – Bakı şəhəri, H.Cavid prospekti
“Kristal Abşeron” H.Cavid prospekti, Ak. Ş.Mehdiyevlə Ə.Haqverdiyev küçələrinin kəsişməsində (Elmlər Akademiyası metro stansiyasının yaxınlığında) bina tikir. Mənzilin 1 m2-nin qiyməti nağd ödəniş zamanı 1780 manat, kreditlə isə ilkin ödənişdən asılı olaraq 1945 -1995 manat aralığındadır.
”Kristal Abşeron”- Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi
“Kristal Abşeron” MTK şirkətinin digər bir təklifi də sərfəli görünür. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində tikilən binada 34.8 kv.m olan 1 otaqlı mənzilə 3689 ilkin ödəniş etməklə, 278 manat aylıq ödənişlə (20 il) sahib ola bilərsiniz. Mənzil binanın inşa mərhələrindən asılı olaraq ən gec 12-18 ay müddətinə tam təmirli təhvil verilir. Mənzilin 1 m2-nin qiyməti 980 -1290 manat intervalındadır.
“Kristal Abşeron” MTK – Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə (Hərbi Komissarlığın yaxınlığı)
1 otaqlı 40.6 kv.m mənzil üçün ilkin ödəniş – 4588 manat, 20 illik ipoteka ilə aylıq ödəniş -346 AZN təşkil edir. Mənzil binanın inşa mərhələrindən asılı olaraq ən gec 12-18 ay müddətinə təhvil verilir (tam təmirli). Mənzilin 1 kvadrat metrinin (m2) qiyməti 1040-1130 manat aralığındadır.
“Kristal Abşeron” – Nizami rayonu, Özbəkistan küçəsi 9, (Metronun Qara Qarayev stansiyasının yaxınlığı)
1 otaqlı 34.7 kv.m mənzil üçün ilkin ödəniş – 4 748 manat, 20 illik aylıq ödəniş 358 manat təşkil edir. Mənzil binanın inşa mərhələrindən asılı olaraq ən gec 12-18 ay müddətinə təhvil verilir (tam təmirli). Tam təmirli mənzilin 1 m2-nin qiyməti 1380 manatdır.
Kristal Abşeron- Səbail rayonu, Bibiheybət qəsəbəsindən Bayıl massivinə çəkilmiş yolun sol kənarı.
2 otaqlı 70.65 kv.m mənzil üçün ilkin ödəniş -8973 manat, 20 illik aylıq ödəniş 676 manat təşkil edir. Mənzil binanın inşa mərhələrindən asılı olaraq ən gec 12-18 ay müddətinə təhvil verilir. Bibiheybət qəsəbəsindən tikilən binada 1 otaqlı mənzil yoxdur.
“Sultan-E” MMC- Xırdalan şəhəri
“Sultan-E” mənzilləri 36 ay müddətinə faizsiz kreditlə satır. Cəmi 8000 manat ilkin ödəniş etməklə ayda 872 manat ödəməklə 59.7 kv/m olan 1 otaqlı, 976 manat ödəməklə 65.4kv/m olan 1 otaqlı mənzilə sahib ola bilərsiniz.
Absheron City – Xırdalan şəhəri, H.Əliyev pr.240, Heydər parkı ilə üzbəüz
Absheron City-də təmirsiz mənzilin 1 kv.m-nin qiyməti 700 manatdır. Yaşayış kompleksi tam təhvil verilib. Evi alanlar dərhal təmirə başlaya bilərlər. Hazırda binadakı mənzillər 15% ilkin ödəniş, 10 illik kredit şərti ilə satılır.
Tezliklə yaşayış kompleksində məznillərin illik 8%-lə 20 illik ipoteka ilə satışına başlanılacağı elan edib. Nəzərdə tutulan “Qaynar” təklifə görə, 5000 manat ilkin ödəniş etsəniz, 65 kv.m.-lik mənzil ayda sadəcə 377 manat ödəməklə sizin ola bilər. 65 kv.m.-lik mənzillərin olduğu binalar hazırdır, mənzillər isə təmirsizdir.
“Absheron City Masazır” – Masazır-Novxanı şossesi
Masazır-Novxanı şossesi üzərində, Duz gölü yaxınlığında 25 binadan ibarət “Absheron City” Yaşayış Kompleksi tikilir. Tikinti işlərini “Absheron City” İnşaat MMC aparır. Artıq binalardan 4-ü tam hazırdır, 20 gün sonra təmir üçün sahiblərinə təhvil veriləcəkdir. Digər 3 binanın isə Fevral ayının 25-dən təhvil verilməsi nəzərdə tutulur. 5000 manat ilkin ödəniş etməklə tikilməkdə olan binalarda, 10 000 manat ödəniş etməklə hazır binalarda mənzilə sahib olmaq mümkündür. Alıcı qalan məbləği isə 3 il müddətində tam faizsiz olmaqla hissələr ilə ödəyə bilər. Şirkət mənzilin 1 kavdratmetrini (kv.m) mərtəbədən asılı olmayaraq 630 manatdan təklif edir.Binalarda 1 otaqlı mənzilər 46.55; 54,30 kv.m, 2 otaqlı 53,45 kv.m, 3 otaqlı isə 89,46 kv.m-dir.
“Absheron City Masazır” haqqıda ətraflı buradan oxu.
“AAAF Park” – Xırdalan şəhəri
“AAAF Park” Yaşayış Kompleksi çoxsaylı müraciətləri nəzərə alaraq yeni kampaniyaya start verib. Kampaniyanın şərtlərinə görə, dekabr ayının 31-nədək hər bir Azərbaycan vətəndaşı ilkin ödənişsiz, 10 ilәdәk ödəmə şərtləri və tək şəxsiyyət vəsiqəsi ilə mənzil əldə edə bilər. Kampaniyada aylıq ödəniş 247 manatdan başlayır. Bu təklif, sahəsi 31,2 kv.m olan 1 otaqlı mənzilə aiddir.
Sahəsi 86.5 kv.m olan 2 otaqlı təmirsiz mənzil üçün, komissiya xərci 822 manat, aylıq ödəniş isə 685 manat təşkil edir. Kampaniyada təklif edilən mənzillər 36 ay müddətində tikilib təhvil veriləcəkdir.
“Cənnət Park” – Bakı-Şamaxı şossesi
Bakı-Şamaxı şossesinin 14-cü km-də (“Milla” süd emalı zavodu ilə üzbə-üz, Müşviq qəsəbəsinə çatmamış) tikilən kompleks qiymətlərinin nisbətən ucuz olması ilə diqqəti çəkir. “Cənnət Park” yaşayış kompleksində mənzillərin 1 kv.m-i 349 manatdan başlayan qiymətlər ilə təklif olunur. Qiymətlər otaq sayına və müddətə görə dəyişir. Əgər mənzil 18 aylıq kreditlə alınırsa, bu zaman qiymətlər 349 manatdan, 10 ilədək ipoteka ilə alındıqda isə 499 manatdan başlayan qiymətlər ilə təklif olunur (10 il olduqda 800 manata qədər qalxır). İlkin ödəniş 50% etdikdən sonra, qalan məbləği 18 ay müddətində faizsiz ödəmək mümkündür. “Cənnət Park” yaşayış kompleksində 1 otaqlı mənzillər 65,62 kv.m, 2 otaqlı mənzil 87,88 kv.m və 88.6 kv.m, 3 otaqlı məzillər isə 109.1.kv.m-dir.
“Cənnət Park”da məhdud sayda 1, 2 və 3 otaqlı hazır mənzillər 1m2-i 499 manatdan 5 illik faizsiz kredit ilə təklif olunur.
“Cənnət Park”ın “isti” təklif də var. İlkin ödənişsiz, 299 manat aylıq ödənişli 20 il müddətinə ipoteka krediti ilə 65 kv metr mənzilə sahib ola bilərsiniz. “Cənnət Park”-dan 20 il müddətinə İpoteka Krediti ilə 2 otaqlı 87 kvm- li mənzili ilkin ödəniş etmədən ayda 399 AZN əldə edə bilərsiniz.
BAKI AĞ ŞƏHƏR
Qeyd edək ki, Bakı Ağ Şəhərdə də onlarla yaşayış binaları tikilir. Məsələn, Park Tower, Altem Tower yaşayış binalarında mənzillərin 20 il müddətinə (10% ilkin ödəniş, 8% illik) ipoteka ilə satışına start verib. 20 mərtəbəli Breeze Tower yaşayış kompleksində isə mənzillərə 3 illik faizsiz kreditlə sahib olar bilərsiniz.
Marja.az