Ətraf mühitin çirkləndirilməsi ilə mübarizə çərçivəsində 2016-cı il yanvarın 1-dən etibarən Hollandiyada alış-veriş zamanı mağazalar tərəfindən pulsuz plastik paketlərin verilməsi qadağan ediləcək.
İnfrastruktur və Ətraf Mühit Nazirliyindən edilən şərhdə gələn ildən qüvvəyə minəcək qanunla ölkədəki bütün mağazalarda pulsuz paketlərin verilməsinin qadağan olunacağı, paket istəyən alıcılar isə onu pulunu ödəməklə ala biləcəkləri qeyd olunur.
Nazirliyin şərhində bu qanunla plastik paketlərdən istifadənin azaldılmasının və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasının hədəfləndiyi və qadağanın ölkədəki bütün mağazalara şamil edildiyi bildirilir.
Marja.az