“Neftin qiymətinin aşağı düşməsi pensiya və müavinətlərin verilməsinə heç bir təsir göstərməyəcək.” “Report”un məlumatına görə, bunu Əmək Əhalinin Sosial Mudafiəsi (ƏƏSMN) naziriSəlim Müslümov jurnalistlərə açıqlamasında deyib.
S.Müslümov qeyd edib ki, bütün sosial layihə və proqramlar tam nəzərdə tutulan səviyyədə və vaxtında əyata keçirilir: “Hazırda bütün müavinərlər, pensiyalar və digər sosial ödənişlər vaxtında həyata keçirilir. Bu gün Azərbaycan iqtisadiyyatı çox güclü şaxələndirmə mərhələsini keçir. Getdikcə ölkənin istehsal olunan ümumi daxili məhsulunda qeyri neft sektorunun payı artır. Həm məşğulluqda, həm də digər sahələrdə və dövlət büdcəsinin formalaşmasında Azərbaycanın kifayət qədər ehtiyyatları var. Nazirlik neftin qiymətinin aşağı düşməsinin hər hansı sosial layihənin icrasında problemlər yaradacağını düşünmür”.