Azərbaycan startap layihəsi BethClip  növbəti dəfə  investisiya alıb.

Dünyada texnoloji, yeni innovativ həllər təklif edən layihələrə dəstək verən Telcovision Group BethClip şirkətinə strateji dəyişikliklər etmək üçün 2 dəfə ödəniş etməklə 20 min dollar yatırım edib.

Qeyd edək ki, dəyişikliklər 6 ay müddətində özünü doğrultduğu halda, növbəti, bir neçə dəfə daha yüksək məbləğ yatırımı barəsində də razılıq əldə olunub.

BethClip layihəsi bundan əvvəl də bir neçə dəfə xarici şirkətlərdən investisiya dəstəyi alıb.

BethClip müxtəlif platformalı avadanlıqlar və cihazlar arasında clipboard və digər məlumatın ötürülməsini təmin edir.

Mənbə: Xeberler.az