On-layn bizmesdə, adi biznesdə olduğu kimi, çox şey biznes ideyadan asılıdır. Biz çox ideyalar ağılsız və gəlir gətirməyəcək kimi göründüyündən, lap əvvəldən baltalanır. Kreditplaza.az saytı xarici mənbəyə istinadən müəlliflərindən başqa hamıya perspektivsiz görsənən 10 ideyanın siyahısını dərc eləyir.

Bu layıhələrə ancaq ağılsızlar maliyyə vəsaiti  qoya bilərdilər. Amma ilkin olaraq bu layihələr nə qədər absurd göürsələrdə, onalrın həyata keçirilməsi əməlli-başlı varidat toplamağa imkan verdi.

1. Million Dollar Homepage  – 1 000 0000 piksel, hər 1 pikselə görə 1 USD ödəmək lazımdır, bu bəlkə də on-layn biznesində  insanın ağlına gələ biləcək  ən axmaq fikirdir. Amma buna baxmayaraq, 21 yaşlı Aleks Tyunun  (Alex Tew) ağlına gələn bu ideya ilə indi milyonçudur.

2. SantaMail – Bax bu doğrudan da yaxşı  ideyadır. Özünüzə Şimal qütbündə ( Alyaska ştatının şəhərində) bir poçt ünvanı  açırsınız, özünüzü Santa-Klaus kimi qələmə verirsiniz və uşaqlarına  Yeni İl gecəsi açıqca göndərilməsini istəyən valideynlərdən 10 dollar alırsınız. Və necə fikirləşirsiniz ? 2001-ci ildən bu biznesə başlayan Bayron Riz (Byron Reese) 200 000-dən artıq məktub göndərib və bu onu bir neçə milyon dollar varlılaşdırıb.

3. Doggles – İtlər üçün eynək haırlamaq və satmaq ? Çox axmaq bir fikirdir. Onlar necə də milyonçu olublar və öz mallarını bütün dünyada satırlar ? Bu sadə bir adamın beyninə sığmır.

4. LaserMonk – LaserMonks.com  – Medison şəhərinin şimal-qərbindən 90 mil aralı, Monro qraflığının ərazisində, Çisterian abbatlığının  cəmi 8 rahibin yaşadığı  Müqəddəs Mariya kilsəsi yerləşir. Demək bu əsl rahiblər sizin katricləri doldururlar. Aman Allah ! 2015-ci ildə satışın həcmi  $ 2,5 mln. –dır.

 

5. AntennaBalls – Siz on-layn antena üçün topları sata bilməzsiniz. Heç cürə. Və əlbəttə ki, bu iş sizi varlı etməz. Amma Jeyson Uoll  (Jason Wall) məhz bu işlə məşğul oldu və indi o milyonçudu.

6.FitDeck  – Oyun kartının üzərini fiziki hazırlıq hərəkətləri çap edin və onların dəstini $18,95 qiymətinə satın. Bu ideya deyil, sadəcə gəlakətdir. Amma əvvəllər orduda “dəniş pişiyi” olmuş və fitnes üzrə təlimatçı olan Fil Blek (Phil Black) keçən il $ 4,7 mln. gəlir bəyannaməsi verib. Əlbəttə bu ordudakı əmək haqqından qat-qat çoxdur.

7.PositivesDating.Com  – Heç siz QİÇS xəstəsi olan adamla görüşə gedərdinizmi ? Pol Qrevs (Paul Graves) vı Brendon Koçlin (Brandon Koechlin) belə hesab etdilər ki, hə,gedə bilərlər və QİÇS xəstələri ilə görüşmək üzrə veb-sayt yaratdılar. 2006-cı ildə gəlir $ 110 000 təşkil etdi. Onlar belə ümid edirlər ki, gələcək iki ildə saytın istifadəçilərinin sayı 50 000-dən çox olacaq.

8. Designer Diaper Bags – Kristi Reyn (Christie Rein) həmişə özü ilə uşaq bezlrinin olduğu ayrıça çanta gəzdirməkdən yorulmuşdu. 34 yaşlı ana kiçik oğlu üçün bezləri qablaşdıranda, özünün kiçik qadın çantasının əzilməsindən qorxurdu. Reyn nəsə kompakt şəkildə,qəşəng və görkəmli  olan bir çanta istəyirdi. 2004-cü ilin noyabrında o əri ilə birgə belə bir çanta üzərində işlədi və onlar hətta səyahətə gedərkən belə həm uşaq bezlərinin, həm də səyahətçi avadanlıqlarının yerləşəcəyi bir çanta hazırladılar. 2005-ci ildə illik satış həcmi $ 180 000 olan Kristinin  Diapees&Wipees şirkəti hal-hazırda 22 müxtəlif çeşiddə çanta hazırlayır, onları onlayn və dünya üzrə 120 butik dükanda 1 ədədini $14.99 qiymətə almaq mümkündür.

9. PickyDomains – Kimsə domen üçün  qəşəng ad tapmağa digərinə müraciət edərmi ? Axı insanlar belə bir iş üçün heç bir vaxt pul ödəməzlər.  Faktiki olaraq digərləri üçün domenə ad tapmaq biznesi çox sürətlə yayılır, xüsusilə bu işin heç bir riski yoxdursa. PickyDomains-in siyahısında indi bir çox adamlar, qəşəng və yadda qalan domen adı almaq üçün növbəyə düzülüblər. Şirkətdə belə ümid edirlər ki satış həcmi bu il altırəqəmli məbləğlə ifadə olunacaq.

10. Lucky Wishbone Co. – Toyuğun plastmassdan hazırlanmış saxta “niyyət sümüyü”. Görünür bu cür axmaq fikir uğursuzluğa düçar olmalıdır.  Hansı ağlı başında olan insan saxta toyuq sümüyü alacaq ? Amma sən demə bir çox insanlar bunu almaqda maraqlıdırlar. Şirkət hal-hazırda gündəlik 30 000 ədəd sümük istehsal edir ( 1 ədədinin qiyməti $3 olmaqla) və onun banisi  Ken Axroni (Ken Ahroni)  tezliklə satış həcminin $ 1 mln. çatacağını gözləyir.