Bu gün çoxları, “qiymət enibsə ev almağın əsl vaxtıdır” deyə düşünür. Bu yanaşmada həqiqət var, amma, hər zaman ucuz evin alınması heç də udmaq demək deyildir.
Hazırda elə ev almaq mümkündür ki, gələcəkdə bazarda qiymətlər ensə belə, onun qiyməti ucuzlaşmayacaq. Ancaq elə ev də almaq olar ki, bazarda qiymətlər artsa da, onun qiyməti artmayacaq. Təhlil aparmayan alıcı həmişə uduzur.
Mənzil almağı planlaşdıranların gələcəkdə aldığı mənzilə görə uduzmamağı üçün “Grand Hayat” yaşayış kompleksini nəzərdən keçirməyi tövsiyə edirik. İstərdik, Bakı şəhərində tikilən və müasir standartlara cavab verən layihələrdən biri olan bu yaşayış kompleksi ilə sizi ətraflı tanış edək.
PULUNU ARXAYIN ÖDƏ – ETİBARLI TİKİNTİ ŞİRKƏTİ
“Grand Hayat” yaşayış kompleksi 13 ildir fəaliyyət göstərən “Yeni Həyat” Şirkətlər Qrupu tərəfindən tikilir. Bakının memarlıq və inşaat inciləri olan “Yeni Hayat Residence”, “Yeni Hayat Plaza”, “Azure” Kompleksi bu şirkətlər qrupu tərəfindən tikilərək istifadəyə verilib.
Yaşayış kompleksinin özünü sübut etmiş, etibarlı şirkət tərəfindən tikilməsi alıcılar üçün çox önəmldir. Bildiyimiz kimi, dəfələrlə, bəzi tikinti şirkətləri alıcıların inamını doğrultmayıblar. Alıcılar pulunu ödəsələr də, ya bina tam tikilərək təhvil verilməyib ya da binanın vaxtında təmirə təqdim edilmədiyinə görə, müştərilər mənzillərinə vaxtında köçə bilməyiblər. Belə hallar alıcıları mənzil alarkən daha ehtiyatlı davranmağa vadar edir. “Yeni Hayat”ın uğurlu keçmişi, güclü maliyyə imkanları, tərəfdaşları və böyük təcrübəsi olduğundan, alıcılar tam arxayın şəkildə pulunu ödəyib, söz verilən vaxtda mənzillərini təhvil ala bilirlər.
EYNİ QİYMƏTƏ DAHA GÖZƏL, KEYFİYYƏTLİ, ZƏNGİN İNFRASTRUKTURU OLAN BİNADA MƏNZİL
“Yeni Həyat”ın növbəti layihəsi olan “Grand Hayat” yaşayış kompleksi istər yaşayış, istər investisiya məqsədilə olsun, sizin əsas ehtiyaclarınıza cavab verəcək şəkildə tikilir.
Tbilisi prospekti 1054, ünvanında (köhnə taksi parkının ərazisi) tikilən yaşayış kompleksi yeni bir həyat tərzi gətirir.
“Grand Hayat” yaşayış kompleksi hər biri 1 bloklu və 27 mərtəbəli olan 10 binadan ibarətdir.
1 M2-İ 950 MANATDAN BAŞLAYIR
“Yeni Həyat” şirkətindən əldə etdiyimiz məlumata görə, “Grand Hayat” yaşayış kompleksində mənzillərin 1 kvadratmetrinin qiyməti nağd satış zamanı 950 manatdan başlayır. Təqdim edilən zəngin infrastruktur, keyfiyyət, dizayn, yerləşdiyi ərazi nəzərə alındıqda bu qiymətlər, digər şirkətlərin 1050, 1200, 1350, 1460, 1700 manat təklif etdiyi qiymətlərdən çox sərfəlidir. İlk növbədə sizin mənziliniz kobud dizayna malik olan, klassik bina üslubunda inşa edilən binada yerləşmir. “Grand Hayat” kompleksində yerləşən binalar bir memarlıq əsəridir. İkincisi – “Grand Hayat” yaşayış kompleksi şəhərin mərkəzindən xeyli kənarda deyil, mərkəzin bir addımlığında yerləşir. Kompleksin yaxınlığındakı, Moskva prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki dairədən şəhərin müxtəlif istiqamətlərinə rahat getmək mümkündür. Hətta bu qovşaqdan bir neçə dəqiqə ərzində Bakı Dairəvi yoluna gedərək şəhərdən kənara çıxmaq mümkündür.
VİRTUAL TUR
Almaq istədiyiniz mənzilə “daxildən” baxmaq imkanı “Grand Hayat”ın İnternet səhifəsi də yaradılıb. Bələdçiniz olan virtual tur, gələcək mənzilinizi əyani şəkildə izləyib, zövqlü interyer dizayn verilmiş və bəzədilmiş otaqları bir-bir gəzib-dolaşmaq imkanını verir.
7S STANDARTINDA NƏLƏR YOXDUR
“Grand Hayat” kompleksində zəngin infrastruktur mövcuddur. Kompleksdə sakinlər və qonaqlar üçün nəzərdə tutulmuş şəhərin 3 müxtəlif tərəfinə çıxışı olan avtodayanacaq, rahat oturacaqlarla təchiz edilmiş, ağac və dekorativ bitkilərin və uşaqların kefinə kef qatacaq yellənçəklərin yer alacağı 25.000 m2 sahədə olan yaşıl park, hovuz, hipermarket və s. nəzərdə tutulub.
Ümumiyyətlə, “Yeni Həyat” Şirkətlər Qrupu insanlara yeni həyat tərzi bəxş etmək üçün 7S standartlar toplusunu tərtib etmişdir. “Grand Hayat” Kompleksində 7S standartı tətbiq olunaraq yaşamın bütün elementləri öz əksini tapıb:
1S- Binaya təmizlik, təhlükəsizlik, müştəri xidməti və s. xidmətlər;
2S- 1, 2, 3 və 4 otaqlı olmaqla ilkin təmirli mənzillər;
3S- Yaşıl park və su hovuzları olan 25 000 m2– lik həyətyanı sahə;
4S- Gündəlik bütün ehtiyyacları ödəyəcək 5000 m2– lik hipermarket;
5S- Qadın və kişilər üçün ayrı hovuzu olan SPA, qadın və kişilər üçün ayrı zallardan ibarət Fitness və açıq idman sahələrini cəmləyən sağlamlıq mərkəzi;
6S- Uşaq bağçası, əyləncə mərkəzinin yer aldığı uşaq qayğı və istirahət mərkəzi;
7S- İnsanların asudə vaxtlarını keçirə biləcəkləri kafe və restoranların yer aldığı iaşə sahəsi.
Yaşayış Kompleksinin mərkəzi isitmə, kamera nəzarəti (giriş- çıxışlara nəzarət) və digər xidmətlərlə təchizatı nəzərdə tutulur.
TƏHLÜKƏSİZ VƏ SAĞLAM YAŞAYIŞ
Keyfiyyət anlayışı, hər “Yeni Həyat” layihəsində olduğu kimi, “Grand Hayat” layihəsində də diqqət mərkəzindədir. Sağlam zəmində, yüksək səviyyəli tikinti texnologiyası ilə tikilən yaşayış kompleksində, özünüzü tam təhlükəsiz hiss edəcəksiniz.
“Grand Hayat” kompleksində arakəsmələr kərpic ilə deyil, məsaməli hörgü blokları (qazobeton) ilə hörüləcəkdir. Məsaməli hörgü blokları ekoloji baxımdan təmiz və toksik olmayan, yanmayan, əla istilik və səs izolyasiyası xassələri olan yüngül hörgü materialıdır. Bu hörgü bloklarının istilik keçirmə qabiliyyəti digər tikinti materialları (kərpic, keramzitobeton və s.) ilə müqayisədə bir neçə dəfə aşağıdır ki, bu da otağın qızdırılmasına və soyudulmasına çəkilən enerji xərclərinə qənaət etməyə imkan yaradır.
BU GÜN AL, PULUNU 20 İLƏ ÖDƏ
Mənzillərin satış şərtləri də alıcılar üçün əhəmiyyətlidir. Bu gün bir çox tikinti şirkətləri daxili kredit şərtləri ilə 3-5 ilədək, bəziləri isə 10 ilədək müddətinə kreditlə mənzillərin alışını təklif edir. Həmin şirkətlərdən fərqli olaraq “Grand Hayat” kompleksində mənzillər daha əlverişli ipoteka şərtləri ilə satılır. Belə ki, Noyabr ayının ortasından “Yeni Hayat” Şirkətlər Qrupu “Grand Hayat” Yaşayış Kompleksində mənzillərin tam yeni ipoteka şərtləri ilə satışını təklif edir. Yeni proqram daxilində ipoteka krediti Azərbaycan manatında olmaqla, 20 il müddətinə, ilkin ödəniş ümumi məbləğin 10%-i olmaqla, illik 8% faiz dərəcəsi ilə verilir.
ENDİRİMLƏR DƏ OLUNUR
Bundan başqa ilkin ödəniş artdıqca mənzilin kvadrat metrinin qiymətində endirim edilir. Belə ki, ikin ödəniş 20% olduqda kv.m üzrə endirim 20 manat, 30% olduqda 30 manat, 40% olduqda 40 manat, 50% olduqda isə 50 manat endirim edilir.
Mənzillərin nağd alışı zamanı isə müştərilərə xüsusi əlavə endirimlər təqdim olunur.
Bunlardan başqa, faizsiz ödəniş şərtləri ilə mənzilə sahib ola bilərsiniz. Mənzilin dəyərinin 20%-i öncədən ödənildikdə qalan məbləği 6 aya, 30%-i ödənildikdə 12 aya, 40%-i ödənildikdə 18 aya, 50%-i ödənildikdə 24 aya hissə-hissə ödəmək mümkündür.
Digər tikinti şirkətləri qaraj sahələrinin satışında güzəşt etmədiyi bir halda, “Grand Hayat” yaşayış kompleksində ikinci (və daha cox) qaraj əldə edən müştərilər endirimdən yararlana bilirlər. Bu 1-dən çox avtomobili olan ailələr üçün çox sərfəli təklifidir.
7 FƏRQLİ SƏHƏDƏ MƏNZİLLƏR
“Grand Hayat” yaşayış kompleksində mənzillərin sahələri; 1+1 – 64 kv.m (studio tipli), 98 kv.m, 103 kv.m, 104 kv.m (2 otaqlı), 2+1 – 142 kv.m, 144 kv.m, 145 kv.m (3 otaqlı) və 3+1 – 176 kv.m (4 otaqlı) təşkil edir.
ONLAYN MƏSLƏHƏT XİDMƏTİ
“Grand Hayat” yaşayış kompleksində mənzillərin satışı üzrə bir neçə xidmətlər göstərilir. Bunlardan biri onlayn məsləhət xidmətidir. Yaşayış kompleksinin saytına daxil olmaqla çat vasitəsilə mesajınızı yazaraq dərhal məsləhətlər ala biləcəksiniz. Eyni zamanda, (012) 922 nömrəsinə zəng vurmaqla suallarınıza ətraflı cavab ala bilərsiniz.
TİKİNTİNİN GEDİŞİNİ ONLAYN İZLƏ
“Grand Hayat” yaşayış kompleksinin internet səhifəsində (www.grandhayat.az) tikintinin gedişatını onlayn izləmək imkanı yaradılıb. İnşaat sahəsində yerləşdirilmiş kameralar vasitəsilə saytdan tikintini canlı izləmək mümkündür.
25 AY SONRA TƏHVİL VERİLƏCƏK
“Grand Hayat” yaşayış kompleksinin inşaasına 2014-cü ildə başlanılmışdır. Binanın təmirə təhvil verilmə tarixi mərhələli olmaq şərti ilə 2017- ci ili əhatə edir.
2018-ci il ərzində, kommunikasiya işləri, həyətyanı sahələrin abadlıq işləri, lift xollarının, mənzillərin təmir işləri görüləcək və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarış (kupça) alınması üçün “Grand Hayat” MTK tərəfindən lazımi sənədlər sakinlərə təqdim olunacaq.
YENİ İPOTEKADAN SONRA MARAQ ARTIB
“Yeni Həyat” Şirkətlər Qrupundan bildirildi ki, “Grand Hayat” yaşayış kompleksində mənzil almağa maraq günü-gündən artır. Təqdim edilən müxtəlif satış şərtləri, xüsusilə, illik 8%-lə, 20 illik yeni ipoteka satışa təkan verib.
Fikirlərimizi ümumiləşdirərək qeyd edə bilərik ki, hazırda Bakı şəhərində tikilən digər eyni tipli yaşayış kompleksləri ilə müqayisədə “Grand Hayat” yaşayış kompleksi fərqli üstünlüyə malikdir. İlk növbədə, eyni kateqoriyada olan heç bir kompleksdə qiymətlər 950 manatdan başlamır. Hətta bu məqamın alıcılar tərəfindən araşdırılması mümkünlüyü vardır. Üstəlik digər yaşayış kompleksləri, şəhərin mərkəzinə yaxınlıq, şərait və satış şərtləri baxımından geridə qalırlar.
Qeyd edək ki, “Grand Hayat” kompleksində nağd 950 manatdan başlayan qiymətlər bu gün üçündür. Dünya praktikasında olduğu kimi, tikintinin son mərhələsində qiymətlər bir qədər yüksələcək. Buna görə, fürsəti qaçırmayın, əlinizdə olan pula yüksək keyfiyyətli və komfortlu mənzilə sahib olun.
“Grand Hayat” barədə daha ətraflı məlumatı “Yeni Həyat” Şirkətlər Qrupunun satış mərkəzinə yaxınlaşaraq əldə edə bilərsiniz.
Mənbə: Marja.az