Pulköçürmə sahəsində lider olan “Western Union” Şərqi Avropanın 4 ölkəsində öz online-xidmətlərini istifadəyə verib.
AZƏRTAC banks.eu saytına istinadla xəbər verir ki, Bolqarıstan, Xorvatiya, Rumıniya və Sloveniya əhalisi 200-dən çox ölkədə onlayn pulköçürmə əməliyyatları apara bilər. Ümumiyyətlə isə onlayn-tranzaksiyalarını 33 ölkənin sakinləri həyata keçirə bilərlər. Bunun üçün xidmətin veb-saytına daxil olaraq “Visa” və ya “Mastercard” kart vasitəsilə ödəmə etmək mümkündür. Ukraynalılar hələlik bu xidmətdən yararlana bilmirlər.
“Western Union” bütün dünyada onlayn-tranzaksiya şəbəkəsini genişləndirmək niyyətindədir. Şirkət, eyni zamanda, Böyük Britaniyada yeni özünəxidmət köşkləri quraşdırıb, Fransada Android və İOS ilə vəsait göndərməyə imkan verən mobil əlavəsinin təqdimatını keçirib.