Ölkəmiz bəzi MDB ölkələrindən irəlidədir.

Birləşmiş Millətlət Təşkilatı (BMT) 2015-ci ildə həyat səviyyəsinə görə ölkələrin siyahısını hazırlayıb. Siyahıda insanların inkişaf səviyyəsi, əmin-amanlıq və s. kimi amillər nəzərə alınır.

Azərbaycan həmin siyahıda 78-ci yerdə qərarlaşıb. Reytinqin hazırlanmasında əsas meyarlar bunlardır: maarif sahəsində əhali üçün yaradılan imkanlar, ölkənin səhiyyə səviyyəsi, əhalinin ictimai təminatlarının ödənilməsi.

Bu ilin reytinqində ilk onluqda olan ölkələr aşağıdakılardır:

Onu da qeyd edək ki, BMT-nin hazırladığı bu siyahıda bəzi ölkələrin tutduqları yerlər gözlənilməzdir. Belə ki, İsrail inkişaf etmiş ölkələr olan Lyuksenburq, Yaponiya, Belçika,Fransa, AvstriyaFinlandiyadan öndədir.

Müstəqil Dövlətlər Birliyindən (MDB) olan ölkələrdən ən yaxşısı kimi Estoniya 30-cu yerdədir.

Siyahıda Rusiya 50, Qazaxıstan 56, Gürcüstan 76, Ukrayna81, Ermənistan85, Çin isə 90-cı yerlərdə yerləşdirilib.

Ərəb dünyasından olan və nefti ilə müvəffəqiyyət qazanan ölkələr də bu siyahıda yer alıblar,Qətər 32, Səudiyyə Ərəbistanı isə 39-cu sıradadırlar.

Dünyanın aşağı səviyyəli ölkələri kimi isə aşağıdakı ölkələr göstərilir:

Siyahını sonda isə Afrika ölkələri Nigeriya, Mərkəzi Afrika Respublikası, Eritreya, ÇadBurundi kimi ölkələr qapayır. Onlar ümumiyyətlə dünyanın yaşam keyfiyyətinə görə ən sonda qalan ölkələridir.(ANS)