İlkin Əmirov Praqada keçirilən poker üzrə çempionatda liderlik edir.
Praqada keçirilən “Main Event” poker çempionatına azərbaycanlı oyunçu liderlik edir.
Bu gün Praqada keçirilən poker çempionatında iştirak edəcək 5 oyunçudan biri azərbaycanlı İlkin Əmirovdur. Bu yarış canlı olaraq televiziya vasitəsi ilə göstəriləcək.
Məlumata görə, həmyerlimiz yarışmaya liderlik edir. O, ötən gün top 13-dən üç oyunçuya qalib gələrək onları oyundan uzaqlaşdırıb. Ümumiyyətlə, bu il İlkin üçün uğurlu olub. O, bir sıra yarışlarda kifayət qədər məbləğ qazanıb. Praqada keçirilən Poker çempionatında qalib gəlsə, bu yarış onun karyerasında ən böyük uğur olacaq.
İlkin Əmirov – azərbaycanlı
İlkindən sonra yarışın qalibiyyətə iddialı olan namizədlərindən biri rusiyalı Qleb Tremzindir. Əvvəlcə oyun başlayar-başlamaz, o, Papov adlı birinə uduzsa da, daha sonra, görünür, iştirakçı masa arxasında oturmaqdan yorulub və oyunda Qlebə uduzub.
Qleb Tremzin – rusiyalı oyunçu
Yarışmada əsas namizədlər arasında İlkin Əmirov və Qleb Tremzindən başqa, bolqar Slavin Papov və alman Tomas Butcxammer, fransız Olivye Ferrero da var.
Yarışda ümumilikdə 47 nəfər iştirak etsə də, 18 iştirakçı finala keçib.
“Main Event” poker çempionatının əsas oyunçuları
Poker üzrə çempionatın mükafat fondu aşağıdakı kimidir:
1. €921 540
2. €557 480
3. €391 910
4. €294 180
5. €226 330
6. €166 080
(ANS PRESS)