Kreditplaza.az saytının xarici mənbələrə istinadən əldə etdiyi məlumata əsasən, Suriyalı gənc qaçqın qız qısa müddətə öz biznesini quraraq maddi sıxıntılardan birdəfəlik qurtulub. Belə ki,Suriyadakı vətəndaş müharibəsindən dolayı universitet təhsilini yarıda buraxaraq 19 yaşında Türkiyəyə sığınmaq məcburiyyətində qalan Duaa Alhussain  İstanbulda maddi sıxıntılardan qurtulmaq üçün  açdığı əmlak ofisini qısa müddətə böyüdərək turizmdən ticarətə qədər bir çox sahədə xidmət göstərən bir iş qadını oldu. Şamdan İstanbula uzanan səfərinə “rejim təzyiqi” və bombaların səbəb olduğunu deyən Alhussain  Suriyada ailəsiylə birlikdə yaşadığı çətin günlərinin ardından  türk insanının qonaqpərvərliyi və yardımsevərliyi ilə həyata tutunduqlarını ifadə etdi.

Biotibb Mühəndisliyi təhsilini yarıda buraxaraq ailəsiylə birlikdə Türkiyəyə sığındığını ifadə edən Alhussain  “Şamda yaşayırdıq. Rejim təzyiqi, silahlar, bombalar var idi. Bir çox qohumum və dostlarım öldürüldü. Daha çox dözə bilmədim və 2013-cü ildə Türkiyəyə qaçdıq. Gələndə hələ 19 yaşında idim ” deyib. Əvvəl ev axtardığını, daha sonra ev tapmaq üçün çətinlik çəkən həmyerlilərinə köməkçi olmaq üçün kiçik bir əmlak ofisi aşdığını izah edən Alhussain  “Qısa müddətdə işlərimi böyütdüm. Kiçik bir əmlak ofisini indi İstanbulda 3 şöbəsinin olduğu bir işlətməyə çevirdik” deyə danışıb.