Azərbaycanın bank olmayan kredit təşkilatları (BOKT) öz fəaliyyətlərində manatın təkrar devalvasiyası ehtimalını nəzərə alırlar.
Bunu açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib.
Onun sözlərinə görə, BOKT-lar dolların məzənnəsi ilə bağlı istənilən ssenariyə uyğun planlar qururlar: “Yəni, tutaq ki, məzənnə 1,2 olsa nə edəcəklər, 1,3 olsa hansı addımı atacaqlar, bütün bunlar planlaşdırılır”.
Jalə Hacıyeva onu da qeyd edib ki, BOKT-lar bu ilin fevralında baş vermiş devalvasiyadan sonra hələ də vaxtı keçmiş kreditlərlə bağlı vəziyyəti nəzarət altına ala bilməyiblər:
“Devalvasiyadan əvvəl mikrokreditlərin cəmi 3%-i problemli idi, hazırda isə bu nisbət 10%-ə yaxındır. Kreditlərə görə ödənişlərdə problemlər hələ də qalır. Belə bir vəziyyətdə təkrar devalvasiya BOKT-lar üçün heç arzuolunan deyil”.
Mənbə: Fins.az