Türkiyə Rusiya ilə yaşanan sanksiyalar səbəbindən yeni bazar axtarışlarını sürətlə davam etdirir. 

Orta Asiya, Baltikyanı və Şərqi Avropa ölkələri ilə də danışıqları gücləndirən Türkiyə artıq xeyli uğurlara da nail olub.

Bununla bağlı açıqlama verən Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib ki, artıq Bolqarıstanla ikitərəfli müqavilə bağlanıb. Müqaviləyə əsasən, iki ölkə arasındakı idxal-ixrac əməliyyatlarının artırılması nəzərdə tutulub: “Bu, bizə Bolqarıstanla illik 5 milyardlıq ticarət dövriyyəmizin 10 milyarda çatdırılması demək olacaqdır”.

(Strateq.az)