Rusiyanın 2016-cı il büdcəsində gəlirlərin 195 milyard, xərclərin isə 228 milyard dollar səviyyəsində olacağı gözlənilir.
Rusiya Prezidenti Vladimir Putin 2016-cı il büdcəsi haqqında qanun imzalayıb.
Rusiyanın gələn il büdcəsinin gəlirlərinin ümumi ümumi daxili məhsulun (ÜDM) 17,5%-ni, xərclərinin isə ÜDM-in 20,5%-ni təşkil edəcəyi gözlənilir.
Qəbul edilən qanuna əsasən, inflyasiya nisbətinin növbəti ilin dekabr ayına qədər 6,4%-i keçməyəcəyi təxmin edilir, büdcə kəsirinin isə 33 milyard dollar olacağı gözlənilir.
Rusiyada gələn il, ümumi daxili məhsulun 1,1 trilyon dollara yaxın olacağı gözlənilir. İki il əvvəl bu göstərici 2 trilyon dollar olub.
Qeyd edək ki, 2013-cü ildə Rusiya dövlət büdcəsi 400 milyard dollara yaxın olub. Neft və qazdan asılı olan Rusiya büdcəsinin kəskin azalmasına səbəb neftin son bir ildə kəskin ucuzlaşmasıdır.
(Azadlıq.info)