Rublun məzəznnəsi barədə ehtimallar böyük həyəcsn doğurur.
Əgər neftin qiyməti barrel üzrə 30 dollardan aşağı düşərsə, Rusiya valyutasının məzənnəsi dollar qarşılığında 168 rubla qədər düşər.
Bu proqnoz Amerikanın “Bank of America Merrill Lynch” (BofA) investisiya bankı tərəfindən verilib.
Proqnozda bildirilir ki, neftin qiyməti həmin səviyyəyə düşəndə büdcə kəsirinin ümumi daxili məhsulun (ÜDM) 3 faizinə bərabər olması üçün 1 dollar 105-120 rubl arasında dəyişməlidir. Büdcənin kəsirsiz olması üçün isə dollar ən azı 168 rubla bərabər olmalıdır.
Son bir neçə ildə Brent markalı qiymətinin dəyişməsi (dollar/barrel)
BofA analitiklərini fikrincə, pessimist ssenariyə görə, neftin barrel üzrə 35 dollara bərabər olduğu şəraitdə dollar ən azı 94 rubl olmalıdır. “Bank of America Merrill Lynch” hesab edir ki, Rusiya mərkəzi bankı büdcə kəsiri risklərindən qaçmaq üçün milli valyutanı mütləq ujuzlaşdırmalıdır.
BofA-nın Rusiya və MDB ölkələri üzrə iqtisadçısı Vladimir Osakovski bildirib ki, ən inandırıcı variant barrelin qiymətinin 50 dollar ətrafında olmasıdır. Belə olan şəraitdə 1 dolların qiyməti 65 rublun ətrafında dəyişir. Belə olan şəraitdə hakimiyyət ÜDM-in 3%-inə bərabər büdcə kəsiri təmin edə bilər.
Amma rus mətbuatının yazdığına görə, Rusiya hakimiyyəti neftin bahalaşmasına o qədər də ümid etmir. Halbuki, 2015-ci ildə Rusiya hakimiyyəti neftin dekabrda barrel üzrə 70 dollara qədər bahalaşacağına ümid edirdi. Amma hadisələr göstərir ki, neft əksinə ucuzlaşdı və artıq barrelin qiyməti 40 dollardan aşağıdır.
Rusiya mətbuatının yazdığına görə, Rusiya əhalisi də artıq belə xəbərləri laqeydliklə qarşılayır. Ruslar ucuzlaşan rubl şəraitində yaşamağa alışıblar. Halbuki, ucuzlaşan rubl şəraitində sabit qalan maaşlar əhalinin dolanışığını pisləşdirir.
Rublun ucuzlaşmasının Azərbaycana da ciddi təsir edəcəyi, ölkəyə daxil olan pul baratlarının 40 faizə qədər azaldacağı barədə fikirlər də var. Amma məsələ bundadır ki, Rusiydan gələn pulların azalması Azərbaycanın biznes həyatına elə də ciddi təsir göstərimir.
Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci ilin 9 ayı üzrə pul siyasəti barədə icmalında bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında xaricdən Azərbaycana daxil olan pul köçürmələri ötən ilin müvafiq dövrünə baxanda 31,9% azalaraq 863 milyon dollara bərabər olub.
Son üç ildə Azərbaycana daxil olan pul baratları, mln.$
Dövlət Statistika Komitəsinin məlumatlarına görə isə 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri 30,12 milyard manat olub. Göründüyü kimi, bu ilin ilk doqquz ayında xaricdən pul köçürmələri əhalinin ümumi gəlirlərinin yalnız 2,8% faizini təşkil edib. Bu, demək olar ki, çox aşağı göstəricidir. Bəzi MDB ölkələrində bu göstərici 40%-ə qədər çatır. Ona görə də azərbaycanlıların narahatlığına heç bir əsas yoxdur.(ANS)