Kreditplaza.az saytının xarici mənbələrə istinadən əldə etdiyi məlumatlara əsasən, Pimaş şirkətinin Rusiyadakı fəaliyyətlərini tamamilə dayandırdığı bir vaxtda, Yapon nəhəngi Toshiba da Rusiyadan tamamilə çəkildiklərini açıqladı.
Rus rublundakı həddindən artıq dalğalanma və ölkə daxilində yaşanan gərginlik iki nəhəng şirkətin ölkədəki fəaliyyətlərini durdurmasına və ölkədən geri çəkilməsinə yol səbəb oldu.
Pimaş Rusiyada yerləşən və bu ölkəylə ortaqlığı olan “Limited Liability Company Enwin Rus”un fəaliyyətlərinin dayandırılmasına qərar verib.
Yapon texnologiya firması Toshiba Rusiyadakı televizor və mətbəx alətləri bazarlarından çəkildiyini elan etmişdir. “Toshiba Russian”ın baş direktoru Hiroaki Tezuka rus rublundakı həddindən artıq dalğalanma səbəbiylə Rusiyadakı televizor və mətbəx alətləri satışlarını dayandırdıqlarını açıqladı.