Onun nə aldığı barədə məlumat yoxdur.
ABŞ-ın dövlət katibi Con Kerri Moskvanın mərkəzi küçəsi “Arbat”da bazarlıq edib.
ANS PRESS-in məlumatına görə, onun şəkilləri ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Uilyam Stivens tərəfindən “Twitter” də paylaşılıb.
Kerrini alış-veriş zamanı köməkçisi Viktoriya Nuland və ABŞ-ın Rusiyadakı səfiri Con Teft müşayiət edib. ABŞ-ın dövlət katibinin mərkəzi küçədə gəzintisi Moskva sakinlərinin diqqətini cəlb edib.
Dövlət katibi Arbat küçəsindəki dükanlardan birindən hədiyyə alıb. O, hədiyyəyə 35 min rubl xərcləyib. Kerri uzun müddət hədiyyələrə baxıb və sonra nənələrdən ibarət matryoşkaya 8 min xərcləyib. O həm də hər biri 1700 rubl olan 3 ədəd parça kukla alıb. Onun aldığı ən bahalı hədiyyə isə iki kəhrəba qaşlı üzük olub. ABŞ dövlət katibi həmin üzüklərin hər birinə 10 min rubl verib.
O, gəzintiyə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra çıxıb. Bu gün isə Con Kerrinin prezident Vladimir Putinlə görüşəcəyi gözlənilir.
Con Kerri bazarlıq edərkən
Kerrinin bundan əvvəlki səfərində Putin çay süfrəsinə qonaq etmişdi. Görüş Vladimir Putinin Soçidəki iqamətgahındə baş tutmuşdu. Həmin vaxt 90 dəqiqə planlaşdırılan görüş, qeyri-formal olaraq dörd saat davam etmişdi.