Dünyada neftin qiymətinin 36 dollara düşməsi Türkiyənin dövlət büdcəsinə 21 milyard dollar vəsait qazandırıb.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, neftin qiymətinin bu səviyyəyə enməsi Türkiyənin enerji sektoruna müsbət təsir göstərib.
Beynəlxalq ekspertlər hesab edir ki, Rusiyaya qarşı olaraq ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirilən dünyada neftin qiymətinin azaldılması planı Türkiyənin büdcə vəsaitinin sürətlə artacağına səbəb olacaq. Dünyada neftin qiymətinin aşağı düşməsi Türkiyə kimi, Avropa İttifaqı və Çin büdcəsinə də böyük dividentlər gətirəcək. Bu plandan daha çox zərər çəkən dövlətlər isə neft-qaz istehsal edən ölkələr, o cümlədən Rusiya olacaq.
Vasif Həsənli