Mikromobilliyin təşkili məqsədilə yeni skuter parklanma məntəqələri yaradılır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, iki küçədə yeni skuter parklanma məntəqələri yaradılıb.

Bildirilib ki, Agentlik tərəfindən Həsən bəy Zərdabi prospektində, Abbas Mirzə Şərifzadə küçəsində skuter parklanma məntəqələri təşkil edilib.